Biskvit xəmirinin hazırlanması üçün avadanlıqdan istifadə təlimatdan öyrənilməlidir. Avadanlıq universal ötürüçüyə yaxın yerləşdirilir, çünki xəmiri bu ötürücünün dəstinə daxil olan mexaniki çalanda çalırlar. Həmçinin, yumurtaların hazırlığı və xəmirin şirniyyat listinə və ya formalara qoyulması üçün ayrı masa qurulur. Biskvit yarımfabrikatlarını hissələrə doğramaq üçün xüsusi maşından istifadə olunur..
Bəzək üçün yarımfabrikatların hazırlığı pilətə, ətçəkən, üyüdülmə qurğuları, səyyar çəlləklər, qazanlar üçün kətillər, pomadkanın hazırlığı üçün soyumayla masa istifadə edilir. Bu yerdə dəm xəmiri hazırlamaq da rahatdır.
Kremlərin hazırlanması müxtəlif istehsal gücünə malik çalma maşınları və müxtəlif tutumlu çəlləklər və su qazanlarından istifadə olunur. Krem xüsusi buxar örtüklü aşırma qazanlarda və ya pilətə üstü su qazanlarında bişirilir. Həmçinin alətlərin saxlanması üçün çəkilən yeşikləri olan xüsusi masa vardır. Bu masanın üstündə kirşan ələnir və başqa əməliyyatları yerinə yetirilir.
Pomadkanın hazırlığı üçün elektrik pilətəsi, qazan, xüsusi qazan və çalma maşınından ibarət konveyerdən istifadə olunur. Masanın qapağı metal bortlara malikdir; onun altında soyuq və isti suyla 2 boru kəməri yerləşir. Yan bortlardan biri çıxarılır.
Pirojna və tortların bəzəyi üçün xüsusi yerlər ayrılır, ya da, heç olmazsa, digər iş yerlərindən təcrid edilmiş istehsal masaları qurulur. Masalar alətlər üçün çəkilən yeşiklərlə təchiz edilir. Həmçinin, şirniyyat kisələri üçün altlıqlar, sirop üçün xüsusi çəllək, oxda çevrilən altlıqlar (bəzəmə vaxtı tortlar yerləşdirilir) qurulur. Masalara yaxın, hazır məmulatları və karton qutuları qoymaq üçün stellajlar yerləşdirilir. Hazır şirniyyat məmulatları soyutma kameralarla, stellajlarla, çəkilərlə və istehsal masalarıyla təchiz edilmiş ekspedisiyada saxlanır. Hazır məhsul xüsusi transportyorla, taralarda daşınır. Hər tarada şirniyyat məmulatlarının adı və miqdarının (kəmiyyətinin) işarəsiylə etiket olmalıdır. Nəzərə alınmalıdır ki, məhsulun buraxılma tarixi və qablaşdırıcının soyadı və nömrəsini mütləq göstərmək lazımdır.
Əlavə olaraq aşağıdakı qaydalara da riayət etmək lazımdır:
Elektrik təhlükəsizliyi elektrik cərəyanının zərərli və təhlükəli təsirindən insanların müdafiəsini təmin edən təşkilati, texniki tədbirlər və vasitələr sistemidir; elektrotravmatizm - elektrik cərəyanının təsiri ilə ortaya çıxmış travmadır. İnsan üçün 60 Voltdan yuxarı gərginlik təhlükəlidir.