Sektor modulu üzrə təlim materialı
TƏLİM NƏTİCƏSİ 2: TƏHLÜKƏSİZLİK QAYDALARINI RİAYƏT ETMƏKLƏ FƏALİYYƏTİNİ TƏŞKİL EDİR
2.1. İstehsalatda təhlükəsizlik qaydalarını müvafiq qaydada izah edir
İstehsalatda təhlükəsizlik qaydaları
Bədbəxt hadisələrin baş verməməsi üçün şirniyyat sexinin işçiləri istilik və mexaniki avadanlığı öyrənməli və rəhbərlikdən praktiki təlimat almalıdırlar.
- Şirniyyat sexinin hər işçisi istilik və mexaniki avadanlıqla istifadə qaydaları üzrə texminimum verməlidir;
- İstilik avadanlığında iş vaxtı təhlükəsizlik texnikası qaydalarını yadda saxlamaq lazımdır: avadanlığın işçi zonasında onun istismarı qaydaları asılmalıdır;
- Sexdə döşəmə sürüşkən olmayan, çıxıntılarsız və bərabər səviyyədə olmalıdır. Temperatur 26º C-dən çox olmamalıdır;
- Sökmə, təmizləmə və istənilən avadanlığın yağlanması yalnız maşın tam dayandırıldıqdan və elektrik enerjisi, buxar və qaz mənbələrindən ayrıldıqdan sonra edilə bilər;
- Elektrik aparaturası torpağa birləşdirilmiş olmalıdır;
- İş yerlərinin yanında keçidləri qab-qacaq və tara ilə bağlanmamalıdır;
- Hər maşının yanında işin qaydaları və icrasının təhlükəsizliyi üzrə məlumat kitabçası asılmış olmalıdır;
- Maşınların yerləşdiyi yerin temperaturu 16º C-dən aşağı olmamalıdır;
- Yadda saxlamaq lazımdır ki, maşınları yalnız, bilavasitə maşının korpusunda yerləşdirilmiş, "İşə salma" və "Stop" düymələrinin köməyi ilə söndürmək və qoşmaq olar;
- Nəzərə alınmalıdır ki, istehsal masaları və vannalar kəskin künclərsiz olmalıdır və çanaq 10-12 santimetrlik bortlarla təchiz edilməlidir;
- Çalma maşını hərəkətdə olduğu vaxt maşının rezervuarına ərzaq əlavə etmək qadağandır;
- Elektrik avadanlığından tozun nəm təmizlənməsi yalnız maşınlar və mexanizmlər elektrik şəbəkəsindən tam ayrıldıqdan sonra keçirilə bilər;
- Yuyucu bölmənin işçiləri xüsusi geyimlə, suya davamlı önlüklərlə və xüsusi ayaqqabıyla təmin edilmiş olmalıdır;
- Şirniyyat sexində dərman qutusu olmalıdır;
- Bədbəxt hadisələr zamanı, iş qabiliyyətinin itirilməsiylə bağlı müəyyən edilmiş formada akt tərtib etmək lazımdır.