Əvvəlcə yaşıl lobyaların qılçıqları və sapları təmizlənib, soyuq su ilə yuyulur. Daha sonra
dərin bir qazanın içərisinə su tökülür (Şəkil 2.31). Qazanın içərisində lobyalar bir buğum
qaynadılır.
İçliyi hazırlamaq üçün sarımsaq, acı bibər və duz yaxşıca əzilib qarışdırılır. Qaynadılmış lobyalar, içliyə batırılıb şüşə balona yığılır. Daha sonra növbəli şəkildə balona bir qat lobya, bir az içlik qoyulur. Bu proses balon dolana qədər davam etdirilir. 15 gün gözlənildikdən sonra turşu yeyilə bilər.
Qeyd edək ki, bu turşu sağlamlıq baxımından da çox faydalıdır.
|
Şəkil 2.31. Lobya turşusu
|