Bu qurdlar qaraciyər, ağciyər və əzələlərdə inkişaf edə bilər. Bağırsaq qurdları insan orqanizminə bağırsaq qurdları ilə yoluxdurulmuş ət və balıqdan istifadə edərkən keçir. Milçəklər qurd xəstəliklərinin aktiv şəkildə yoluxucularıdır. İnsanların olduğu məkanları təmiz saxlamaq lazımdır ki, milçəklərə məruz qalmasın. Bağırsaq qurdları ilə mübarizə üzrə əsas profilaktik tədbirlər əllərin əsaslı surətdə yuyulması, həmçinin, məhsulların müvafiq emalıdır. Ət və balığı yaxşı bişirmək, qızartmaq, tərəvəzlər və meyvələri içməli su ilə əsaslı surətdə yumaq və milçəklərdən qorumaq lazımdır.
Qida zəhərlənməsi tərkibində zəhərli maddələri və ya xəstəliyi törədən mikrobları daşıyan ərzaqlardan istifadə nəticəsində yaranan xəstəliklərdir. Yoluxucu xəstəliklərdən fərqli olaraq qida zəhərlənməsi xəstə insandan sağlam insana keçmir. Zəhərlənmənin səbəbi keyfiyyətsiz məhsullar ola bilər. Buna görə şirniyyat sexinin hazır məhsulu yüksək keyfiyyəti təsdiq edən keyfiyyət sertifikatına malik olmalıdır.
Botulizm – bütün bakterial zəhərlənmələrin ən təhlükəlisidir. Botulizm mikrobları qida məhsullarına düşərək çoxalır, nəticədə, güclü zəhər – toksin ayrılır. Bu zəhər turşular, duz, qaynama və aşağı temperatura qarşı davamlıdır. Adi üsullarla konservləşdirmə vaxtı da dağılmır. Bu toksin bütün məhsul üzrə yayılmır, bir yerdə toplanır. Buna görə yoluxdurulmuş qidadan istifadə edən bütün insanlar xəstələnmirlər. Şirniyyat istehsalının anbarında bankalarda süd konservləri, cemlər və povidlonun saxlama şərtlərinin pozulması vaxtı konservlərin şişməsi – bombaj yarana bilər. Müxtəlif növlü bombajlar olur: