Maya – təkhüceyrəli mikroorqanizmlərdir. Bu mikroorqanizmlər yumru və ya oval formaya malikdir və meyvələr, giləmeyvələr, torpaq və suda olur. Maya şəkərli mayeləri acıtma qabiliyyətinə malikdir. Mayadan çörəkçilik və şərabçılıq sənayesində pivə və kvas istehsalında istifadə edilir (Şəkil 1.5).