İstifadə edilməli resurslar
Qiymətləndirmə ölçüsü | Bəli | Xeyr |
1. Əməyin təhlükəsizlik qaydalarına diqqət etdinizmi? | ||
2. Gigiyenik qaydalara əməl etdinizmi? | ||
3. Mətbəxdə zədəli qablar, yemək artıqları və çirkli parça qırıqları saxlamamağı nəzərdə tutdunuzmu? | ||
4. Qabları yumazdan əvvəl yemək artıqlarından təmizlədinizmi? | ||
5. Qabyuyan maşın, soba və qaz plitələrinin təmizliyini diqqətdə saxladınızmı? | ||
6. Yemək hazırlamağa başlamazdan əvvəl çiy ət, yaxud toyuq məhsullarına toxunduqdan sonra əlləri 20 saniyə fasiləsiz olaraq isti su və sabunla yudunuzmu? | ||
7. Çiy əti doğrayarkən işlətdiyiniz bıçağı təmizləyib qaynar suda saxlayaraq dezinfeksiya etdinizmi? | ||
8. Sintetik və plastik qablardan təkrar istifadə etməməyi nəzərdə saxladınızmı? | ||
9. Konserv məhsullarını açmazdan əvvəl açacağınız yeri təmizləyib konserv qabını yudunuzmu? | ||
10. Mətbəx taxtasının təmizliyini diqqətdə saxladınızmı? | ||
11. Çiy ət, toyuq və balıq üçün işlətdiyiniz taxtadan salat üçün istifadə etməməyi, xüsusilə salat taxtasını ayırmağı nəzərdə saxladınızmı? | ||
12. Doğrama lövhəsini fırça ilə yuduqdan sonra xlorlu su ilə də duruladınızmı? |
İstifadə edilməli resurslar
Qiymətləndirmə ölçüsü | Bəli | Xeyr |
1. Əməyin təhlükəsizlik qaydalarına diqqət etdinizmi? | ||
2. Gigiyenik qaydalara əməl etdinizmi? | ||
3. Tez xarab olan məhsulları soyuducularda, un, şəkər və taxıl məhsullarını isə yaxşı havalandırılan və quru otaqlarda saxladınızmı? | ||
4. Ədviyyat, duzlanmış, hisə verilmiş və konservləşdirilmiş balıq kimi məhsulları süd və süd məhsulları və yumurtadan ayrı saxladınızmı? | ||
5. Qida xammalı və yarımfabrikatları hazır xörəklərin yanında saxlamamağı nəzərdə tutdunuzmu? | ||
6. Soyudulmuş və dondurulmuş qidaları uyğun olmayan temperatur rejimində soyuducuda saxlamamağı nəzərdə saxladınızmı? |