7. Formasına və ölçüsünə görə dənəvər məhsullarının siniflərə ayrılması necə adlandırılır?
A) Çeşidləmə;
B) Yuma;
C) Kalibrləmə;
D) Xırdalama-kəsmə.
8. Ələmə prosesi nədir?
A) Çeşidinə, formasına və ölçüsünə görə dənəvər məhsullarının siniflərə ayrılması;
B) Dənəvər məhsullarının kənar qarışıqlardan ayrılması prosesi;
C) Formasına və ölçüsünə görə dənəvər məhsulların siniflərə ayrılması;
D) Ölçüsünə görə dənəvər məhsullarının siniflərə ayrılması.
2. Düzgün və ya səhv cavabları seçmək
Aşağıdakı cümlələrin əvvəlində göstərilən boşluqda düzgün (+) və ya səhv (-) olduğunu işarə edin.
- [ ] Qələvi üsulda kartof əvvəlcə suda 48 dərəcəyə qədər qızdırılır və 100 dərəcəyə kimi qızdırılmış qatı qələvi məhlulunda emal edilir; bu məhlul kartof yumrularının üst qatını yumşaldır.
- [ ] Dezinfeksiya - infeksiya xəstəlikləri yayan, yeyinti məhsulları, habelə yaşayış mənzillərinə ziyan vuran buğumayaqlılara (cücü və gənə) qarşı işlədilən mübarizə üsulu və vasitəsidir.
- [ ] Mətbəx qablarının yuyulma yerində suyun temperaturu 65 dərəcədən az olmamalıdır.
- [ ] Mətbəxdə tərəvəzlərin hazırlanması zamanı vitaminlərin qorunması məqsədi ilə onların qabığı soyulmur və bilavasitə hazırlanmazdan əvvəl təmizlənmir.
3. Aşağıdakı cümlələri oxuyun və boşluqlara uyğun gələn sözləri daxil edin.
- Emal müəssisələrində bərk yeyinti məhsullarının (suxarı, duz, qənd, istiot və s.) xırdalanmasında ...................................... maşın və mexanizmlərdən geniş istifadə edilir.
- Frityürda qızdırmada məhsul temperaturu ......................... dərəcəyə qədər frityür yağına əlavə edilir, bu halda isə məhsul ilə yağın küləsi 1:4 nisbətində olmalıdır.