Mətbəx avadanlıqları və onlara texniki xidmət
|
Təlim nəticələrinin qiymətləndirilməsi |
I. Nəzəri biliklərin qiymətləndirilməsi
1. Test
1. Xəmirin yoğrulması, qiymənin qarışdırılması və qənnadı qarışığın çalınması üçün maşınlar hansı avadanlıqlara aiddir?
A) Dənəvər məhsullarının ələnməsi, kalibrlənməsi və çeşidlənməsi üçün maşınlar;
B) Yeməkxana və mətbəx qabları və tərəvəzlərin yuyulması üçün maşınlar;
C) Qida məhsullarının üyüdülməsi, parçalanması və doğranılması üçün maşınlar;
D) Yoğurma-qarışdırma avadanlıqları.
2. Dozalaşdırma–formalaşdırma avadanlıqlarına hansı maşınlar aiddir?
A) Məhsulun kütləsinə görə paylara bölünməsi və ona müəyyən forma verilməsi üçün maşınlar;
B) Yeməkxana və mətbəx qabları və tərəvəzlərin yuyulması üçün maşınlar;
C) Meyvəköklülərin qabığı və balığın pulcuqlarının təmizlənməsi üçün maşınlar;
D) Qida məhsullarının üyüdülməsi, parçalanması və doğranılması üçün maşınlar.
3. Qida məhsullarının üyüdülməsi üçün maşınlar texnoloji avadanlıqların hansı qrupuna aiddir?
A) Çeşidləmə-kalibrləmə avadanlıqları;
B) Yuma avadanlıqları;
C) Xırdalama-kəsmə avadanlıqları;
D) Yoğurma-qarışdırma avadanlıqları.
4. Təmizləmə avadanlıqlarına hansı maşınlar aiddir?
A) Dənəvər məhsullarının ələnməsi, kalibrlənməsi və çeşidlənməsi üçün maşınlar;
B) Meyvəköklülərin qabığı və balığın pulcuqlarının təmizlənməsi üçün maşınlar;
C) Qida məhsullarının üyüdülməsi, parçalanması və doğranılması üçün maşınlar;
D) Xəmirin yoğrulması, qiymənin qarışdırılması və qənnadı qarışığının çalınması üçün maşınlar.
5. Yeməkxana və mətbəx qabları və tərəvəzlərin yuyulması üçün maşınlar texnoloji avadanlıqların hansı qrupuna aiddir?
A) Yuma avadanlıqları;
B) Təmizləmə avadanlıqları;
C) Xırdalama-kəsmə avadanlıqları;
D) Yoğurma-qarışdırma avadanlıqları.
6. Texnoloji maşınların məhsuldarlığı və gücü aşağıda verilən xüsusiyyətlərin hansından asılıdır?
A) Rəngindən;
B) Çəkisindən;
C) Hündürlüyündən;
D) Konstruksiyasından.