- Mətbəx qablarına göstərilən sanitar-gigiyenik tələbləri qruplaşdırın
|
- Əməyin təhlükəsizlik qaydalarına diqqət edin;
- Gigiyenik qaydalara əməl etməyi unutmayın;
- Mətbəxdə zədəli qablar, yemək artıqları və çirkli parça qırıqları saxlamayın;
- Qabları yumazdan əvvəl yemək artıqlarından təmizləyin;
- Qabyuyan maşın, soba və qaz plitələrinin təmizliyini diqqətdə saxlayın;
- Yemək hazırlamağa başlamazdan əvvəl, çiy ət, yaxud toyuq məhsullarına toxunduqdan sonra əlləri 20 saniyə fasiləsiz olaraq isti su və sabunla yuyun;
- Çiy əti doğrayarkən işlətdiyiniz bıçağı təmizləyib qaynar suda saxlayaraq dezinfeksiya edin;
- Sintetik və plastik qablardan təkrar istifadə etməyin;
- Konserv məhsullarını açmazdan əvvəl açacağınız yeri təmizləyin və konserv qabını yuyun;
- Mətbəx taxtasının təmizliyini diqqətdə saxlayın;
- Çiy ət, toyuq və balıq üçün işlətdiyiniz taxtadan salat üçün istifadə etməyin, yəni salat taxtasını ayırın;
- Doğrama lövhəsini fırça ilə yuduqdan sonra xlorlu su ilə də durulayın.
|