- Funksional təyinatından asılı olaraq mətbəxdə istifadə olunan texnoloji avadanlıqları qruplara bölün
|
- Əməyin təhlükəsizlik qaydalarına diqqət edin;
- Gigiyenik qaydalara əməl etməyi unutmayın;
- Texnoloji avadanlıqların təsir xarakterinə görə aparatlar və maşınlara bölünməsini diqqətdə saxlayın;
- Mətbəxdə istifadə olunan aparatların istilik və kütlə mübadiləsi, fiziki-kimyəvi və biokimyəvi proseslərin yerinə yetirməsini unutmayın;
- Mətbəxdə istifadə olunan avadanlıqlarda emal edilən məhsulun fiziki və kimyəvi xassələri və ya onun aqreqat vəziyyətinin dəyişməsini nəzərdə saxlayın;
- Mətbəxdə istifadə olunan aparatın işləməsi üçün müxtəlif işçi mayelər (soyuq və isti su) qaz, buxar, tüstü, istilik və soyuqluq amilinin olmasını unutmayın;
- Mətbəxdə istifadə olunan maşın və aparat yüksək keyfiyyətli, etibarlı, az enerji və az material sərf olmasını diqqətdə saxlayın;
- Mətbəx avadanlığının uzunömürlü və fasiləsiz işləməsi üçün onun əsas şərti olan mexaniki etibarlılığını nəzərdə saxlayın.
|