Avadanlıqlar elə yerləşdirilməlidir ki, xammalın, yarımfabrikatların və hazır məhsullar axınının birgə aparılması, görüşməsi, yaxud çarpazlaşması istisna edilsin.
İsti sexdə isə əmək şəraiti, texniki təhlükəsizliyi ciddi yerinə yetirməyi tələb edir. Ona görə də oradakı avadanlıqların yerləşməsi, iş yerinin səmərəli təşkilini və işçilərin sex üzrə minimal hərəkətini təmin etməlidir.
Bu gigiyenik tələblərə ən çox cavab verəni, avadanlıqların bölməli xətt üzrə, yerləşməsidir. O, texnoloji proseslərin müxtəlif mərhələlərinin əlverişli əlaqəsini və ardıcıllığını, məhsulların və işçilərin qısa hərəkətini təmin edir ki, bu da peşə zədələnmə hadisələrinin sayını azaltmağa və əmək məhsuldarlığını artırmağa imkan verir. Avadanlıqların xətt prinsipi üzrə yerləşdirilməsi, istehsal sahəsindən qənaət etməyə imkan yaradır, həmçinin yerli küləkləmə sistemi quruluşunu və iş yerinin işıqlanmasını asanlaşdırır.
İş yerinin təşkilində, avadanlıqların yerləşməsinin paylama xəttinə görə istiqamətini nəzərə almaq vacibdir. Ən optimal variant pilətə xəttinin paylama xəttinə perpendikulyar yerləşməsidir.
Avadanlıqlar arasında məsafənin, həmçinin mexaniki və qeyri-mexaniki avadanlıqların əlverişli və səmərəli düzülüşünə də sanitar normalarına riayət etmək vacibdir.
Belə ki, avadanlıqların texnoloji xətləri arasında məsafə və istilik ayıran avadanlıq xəttinin eni 1,5 metr divarla pilətə arasında məsafə 1,25 m-dən; istilik ayıran, texnoloji avadanlıq xətlərlə paylama xətti arasında məsafə 1,5 m-dən az olmamalıdır.
Pilətədə bir işçi üçün iş yerinin eni 1,25 m; avadanlıqdan azad sahə 5-5 m2-dən az olmamalıdır. Xörək bişirilən qazanların pəncərənin yanında yerləşdirilməsi məsləhət deyildir (Şəkil 1.65). Belə ki, şüşənin tərləməsi nəticəsində sexin təbii işıqlanması azalır. Divarla qazan arasındakı məsafə isə, onların tutumundan asılı olaraq 0,5-1,2 m-dən, qazana xidmət etmək üçün sahə 1 m2-dən az olmamalıdır.