Şəkil 1.54. Yemək qablarının ayrılması
|
Şəkil 1.55. Çay qablarının ayrılması
|
Qida qalıqları mexaniki üsulla təmizləndikdən sonra yemək qabları birinci vannada temperaturu 40°C-dən aşağı olmayan və yuyucu vasitələr əlavə edilmiş isti suda yuyulur, sonra isə ikinci vannada temperaturu 65°C-dən az olmayan isti su altında yaxalanır və xüsusi rəflərdə qurudulur.
Fincanlar birinci vannada yuyucu vasitələr əlavə edilməklə istisu altında yuyulur, ikinci vannada yaxalanır, sonra isə qurudulur. Qida ləvazimatları və qablar qida qalıqlarından mexaniki üsulla təmizlənərək birinci vannada yuyucu vasitələrdən istifadə edilməklə isti su altında yuyulduqdan sonra ikinci vannada isti sualtında yaxalanır. Təmiz qida ləvazimatları əvvəlcədən yuyulmuş metal kasetlərdə dəstəkləri şaquli vəziyyətdə yerləşdirilir (Şəkil 1.56 və Şəkil 1.57).
Şəkil 1.56. Bıçaqlar yuyulduqdan sonra
|
Şəkil 1.57. Yuyulduqdan sonra yanlış saxlanma
|