Qabları yumaq üçün vannalar paslanmayan poladdan hazırlanır. Alüminium və onun xəlitələri bu məqsəd üçün az yararlıdır, çünki yuyucu məhlullar ilə əlaqədə o, qaralır və qüsurlu olur (Şəkil 1.61).
Doğrama taxtaları və kiçik taxta hissələri olan qaşıqlar və qarışdırıcılar birinci vannada tərkibinə yuyucu vasitələr əlavə olunmuş və temperaturu 50°C olan isti su ilə yuyulduqdan sonra temperaturu 65°C-dən az olmayan isti suda yaxalanır, üzərinə qaynar su əlavə edilir, sonda isə şəbəkəli metal rəflərdə qurudulur. Metal ləvazimatlar yuyulduqdan sonra isti havalı şkaflarda qurudulur. Ətçəkən maşınlar istifadədən sonra sökülür, yuyulur, qaynar su ilə yaxalanır, qurudulur və yağlanır (Şəkil 1.53).
Hər qrup üçün yemək və çay qabları ayrılır (Şəkil 1.54 və Şəkil 1.55). Çayqabları saxsı və çini (boşqab, fincan və nəlbəki), yemək ləvazimatları isə (qaşıq, çəngəl və bıçaq) paslanmayan poladdan olmalıdır.