Bəzən yeməklərə çox cüzi miqdarda xromun bir sıra birləşmələri keçə bilər. Paslanmayan poladdan, əsasən, mətbəx qab-qacaqlarının hazırlanmasında istifadə edilir. Yeməkxana qabları və alətləri hazırlamaq üçün yalnız paslanmayan polad yararlıhesab edilir. Bunun da tərkibində misin miqdarı 3,5%, sink 0,3, qurğuşun 0,15, arsen isə 0,015%-dən yüksək olmamalıdır. Bütün bunlar aşağıdakı çatışmazlıqlardan irəli gəlir.
Şəkil 1.39. Qabların yuyulması
|
Şəkil 1.40. Qabların dezinfeksiyası
|
Qablar və yeməkxana alətlərinin hazırlanması üçün misin digər metallarla ərintisi istifadə oluna bilər. Ən çox, misin nikel və sink qarışığından – melxiordan geniş istifadə edilir. Keramika (saxsı) qablar dulusçuluq məmulatlarıdır. Hazırda saxsı qablar istehsalında qurğuşunun az olması ilə fərqlənən (1%-ə qədər) emaldan şirə istehsalında istifadə olunur.
Saxsı qablardan istifadə edilməzdən əvvəl laboratoriyada onlarda qurğuşunun olması təyin edilir. Bunun üçün qabda sirkə turşusunun 4%-lik məhlulu qaynadılır. Qaynamadan sonra əgər turşuda qurğuşun müşahidə olunmursa, onda qab istifadə üçün yararlı sayılır.
Çini və saxsı qablar, bir qayda olaraq, şəffaf şüşəyəbənzər örtüklə örtülür və gigiyenik tələblərə tam cavab verir.