Bu yemək üsulunda balıq və toyuq əti bişirilən zaman qidanın parçalanmaması üçün suya bir az sirkə və duz əlavə edilir. Ərzaqlar buxarda bişirilərkən qida dəyərinin itirilməsi az, həzmi isə asan olur. Rəng və forma itirilmir, buna görə də, estetik cəhətdən çox gözəl görüntü alınır. Buxarda bişirmək üçün geniş bir qabda su qaynadılır, onun üzərinə dəlikləri olan bir qab və ya buxar qabı yerləşdirilir, ərzaqlar da bu qaba qoyulur. Üzəri də qapaqla örtülür. Ərzaqlar yumşalana qədər bişirilir.
Sobada bişirmə üsulu – qidalar sobada, ehtiva etdikləri su və yağla bişir (Şəkil
2.18). Ət və xəmir məhsulları, tərəvəz və meyvələr, balıq məhsulları sobada bişirilir. Hər
qidanın özünə xas bişmə müddəti və dərəcəsi var. Bişirmə istiliyi vəsaitə görə 1500 ilə 2500
arasında dəyişir. Burada ərzaqlar sobada bişirilir. Hər ərzağın bişirilmə dərəcəsəsi
fərqlidir.
Sote üsulu – bu üsul ətin və ya tərəvəzin ağzı bağlı bir qazana qoyulub əvvəl
yağda sote edilməsidir (qovrulmasıdır). Bu mərhələdə qazana bəzi tərəvəzlər də əlavə oluna
bilər (Şəkil 2.19).
Qovurma üsulu – sobada əldə edilə bilən bişməyə çox bənzər bir bişirmə üsuludur
(Şəkil 2.20). Qovurma çox yüksək bir temperaturda tez bişirmək üçün qidanı sıx bir istilik
mənbəyinə çox yaxın yerləşdirməkdən ibarətdir. Əksər sobalarda qızartmaq üçün yalnız bir
temperatur dərəcəsi var. Yeməyə tətbiq olunan istilik miqdarı istilik mənbəyindən daha yaxın
və ya uzaqlaşdırılaraq idarə olunur.
Qızartma üsulu – ərzaqların bitki yağında qızardılma üsuludur (Şəkil 2.21). Qızartma üsulunda qidalar birbaşa istiliyə məruz qalır. Bu üsulda qidanı davamlı çevirərək bişirmək lazımdır. Beləcə istilik qidanın hər tərəfinə bərabər miqdarda tətbiq olunur. Qızartma üsulunda qidaların suyu özündə qaldığı üçün yemək daha ləzzətli olur. Bu üsulda bişirilən həm ət, həm də tərəvəzlər çox ləzzətli olur.
|
Şəkil 2.18. Soba üsulu ilə yemək bişirmək
Şəkil 2.19. Sote etmək
Şəkil 2.20. Qovurma üsulu ilə yemək hazırlama
Şəkil 2.21. Qızartma üsulu ilə bişirmə
|