Frityürda qızdırmada məhsul temperaturu 140-4800C-yə qədər frityür yağına tökülür, bu halda isə məhsul ilə yağın küləsi 1:4 nisbətində olmalıdır. Bu nisbət azaldıldıqda yağın temperaturu kəskin azalaraq aşağı düşür və prosesin emal müddətinin artması, həm də hazır məhsulun keyfiyyətinin pis olmasına gətirib çıxarır.
Əsas və frityür üsulla qızartma prosesinin həyata keçirilməsi üçün xüsusi aparatlar təyin edilmişdir.
İşçi səthinin qızdırılma üsuluna görə tavalar bilavasitə və vasitəli üsulla qızıdırılan aparatlara bölünür. Bilavasitə üsulla qızdırılan tavaların konstruksiyası oxşar olub işçi səthin formasına, ölçülərinə, həmçinin, qızdırıcı elementləri gücünə və tərtib olunmasına görə bir-birindən fərqlənir.