Bununla bağlı olaraq formalaşdırıcı maşınlar 3 əsas təsnifat qrupuna bölünür:
İstehsalatda sıxıb çıxartmaq üsulu ilə formalaşdıran avadanlıqlar içərisində daha çox geniş yayılmışdır.
İstilik avadanlıqlarının ümumi quruluşu
Qida istehsalı texnologiyasının müxtəlif sahələrində qida məhsullarının emalı prosesində müxtəlif təyinatlı istilik mübadiləsi aparatlarından geniş istifadə olunur.
Emal və kütləvi qidalanma müssisələrində tətbiq olunan istilik avadanlıqları texnoloji təyinatından asılı olaraq universal və xüsusi təyinatlı ixtisaslaşdırılmış avadanlıqlara bölünür. Universal aparatlarda misal olaraq pilətələri göstərmək olar və bu tip aparatlarda, demək olar ki, qida məhsullarının mövcud olan isti emal üsullarını həyata keçirmək mümkündür.
İxtisaslaşdırılmış avadanlıqlar bişirmə, qızartma və köməkçi avadanlıqlara ayrılır. Bişirmə avadanlıqlarına qazanlar, avtoklavdalar, vakkum aparatları və s. daxildir. Qızartma avadanlıqlarına tavalar, frityür aparatları və şkafları misal göstərmək olar (Şəkil 1.25). Köməkçi avadanlıqlara isə marmitlər, istilik dayaqları və s. daxildir (Şəkil 1.26).
Şəkil 1.25. Frityür
|
Şəkil 1.26. Marmit
|
İstilik avadanlıqlarının istismarı təcrübəsi göstərmişdir ki, bu aparatların iqtisadi səmərəliliyi, ilk növbədə onların istehsalatda yerləşdirilmə prinsipindən asılıdır. Bununla bağlı hazırda sənayemiz texnoloji təyinatlı müxtəlif xətlərin komplektləşdirilməsi üçün seksiyalı modullaşdırılmış avadanlıqların istehsalata tətbiqinə xüsusi fikir verir. Modullaşdırılmış seksiyalı avadanlıqların tətbiqi aparatların qovşaq və detallarının standartlaşdırılması və unifikasiyasını asanlaşdırır, bu isə öz növbəsində onların istismarı, təmiri və quraşdırılmasını sadələşdirir.
Bişirmə və qızartma avadanlıqları
Məhsulların əsas isti emal üsullarından biri bişirmə (hidrotermiki emal) prosesidir. Prosesin texnoloji mahiyyəti məhsula temperaturanın təsiri ilə yanaşı, eyni zamanda istilik daşıyıcılarının (su, buxar və s.) birgə təsiri prinsipinə əsaslandırılmışdır.