Çalma maşınlarında baş verən texnoloji proseləri 3 əsas əməliyyatlara bölmək olar:
Maşının işlək valına tələb olunan formada dəyişdirilən çalan hissə bərkidilir:
Dozalaşdırma - formalaşdırma avadanlıqları
Dozalaşdırma prosesi – verilmiş məhsul porsiyasının çəkisinə və yaxud həcminə görə ölçülüb bərabər hissələrə ayrılmasıdır, yəni məhsulun eyni çəki və ya həcmi üzrə müəyyən edilmiş porsiyalara bölünməsidir (Şəkil 1.22).
Formalaşdırma prosesi isə məhsul porsiyasına müəyyən forma verilməsidir və sonrakı texnoloji emal zamanı həmin forma saxlanılmalıdır.
Bir sıra emal müəssisələrində tətbiq olunan bu qrup maşınlarda bəzən hər iki proses eyni bir maşınla həyata keçirilir.
Qida istehsalında xammal komponentlərinin dozalaşdırılması proseslərinin böyük əhəmiyyəti vardır. Dozalaşdırma üsuluna görə dozalaşdırıcı qurğular həcm və çəki qurğularına bölünür. Çəki üsulu ilə dozalaşdırma xəta 0,1-0,5%, həcmi dozatorlarda isə 2-3% təşkil edir.