Ətyumşaldan maşınların istismar qaydaları - işə başlanmazdan əvvəl bıçaqlar arasında kənar əşyaların olması və təmizləmə daraqlarının karetanın yarıqlarında yerləşməsinə əmin olduqdan sonra yığılmış kareta maşının gövdəsinə bərkidilir və qapaq öz yerinə qoyulur. Maşının yükünü boşaldan pəncərənin altına içərisində ət olan tava qoyulur. Maşının elektrik mühərrikini işə saldıqdan sonra ət tikəsi qəbul pəncərəsinə qoyulur, nəticədə o burada bir-birinə əks istiqamətdə fırlanan valların arasına düşür. İş vaxtı barmağı pəncərə və ya yükü boşaldan deşiyə salmaq olmaz. Bir qayda olaraq, kəsilmiş ət parçasını yumşaltmaq üçün o, maşından təkrarən eninə istiqamətdə keçirilir. Qapaq götürülərkən maşını işlətmək qəti qadağandır.
Qarışdırma-yoğurma avadanlıqları
Müxtəlif xörəklər və qənnadı məmulatlarının hazırlanmasında qarışdırma prosesindən ticarət və iaşə müəssisələrində geniş istifadə edilir, o cümlədən, qida istehsalının müxtəlif sahələrində bir çox prosesin intensivləşdirilməsində mühüm rol oynayır.
Göstərilən texnoloji əməliyyatların həyata keçirilməsində istifadə olunan müxtəlif konstruksiyalı maşın və mexanizmləri 3 əsas qrupa bölmək olar:
Fasiləsiz işləyən xəmiryoğuran maşınlar adətən stasionar tutumlu qabdan ibarət olmaqla daxilində fırlanma və yaxud dairəvi hərəkət edən qarışdırıcı kürəklər yerləşmişdir.
Bu maşınlar aşağıdakı qruplara bölünür
Mexaniki üsulla qarışdırma prosesində qarışdırıcılar (kürək, propeller, turbin və s.) üfüqi, maili və şaquli müstəvilərdə hərəkət etməklə məhsul hissələrinin müxtəlif istiqamətlərdə dəfələrlə yerdəyişməsini təmin edir. Bu zaman texnoloji tələblərdən asılı olaraq məhsul komponentləri ilk fiziki xassələrini özündə saxlamaqla (məsələn, salat və vineqretlərin hazırlanmasında) qarışdırılır və yaxud qarışdırma biokimyəvi və kolloid kimi proseslərin (məsələn, xəmir kütləsinin alınması, qənnadı qarışığının çalınması və s.) baş verməsi ilə həyata keçirilir (Şəkil 1.19).