Keks qəlibdən çıxarılır və soyumağa qoyulur. Sousun ərzaqları qatılaşana qədər qarışdırılır və bir spatulayla (Şəkil 2.11) keksin üzərinə çəkilir. Son olaraq üzərinə Hind qozu səpilir.
Mətbəx robotu ilə yeməkləri hazırlamaq daha az vaxt aparır. Eyni yeməyi bişirmək və
tərəvəzləri doğramaq üçün saatlarla vaxt sərf edilmir. Sadəcə düyməni basmaq kifayət
edəcək.
Keksin qəlibdən (Şəkil 2.12) asan çıxması üçün qəlib əvvəl yağlanır, sonra unlanır və üzərinə xəmir tökülür. Qəlibə tökülən xəmir gözlədilmədən sobaya qoyulur. Keks sobadan çıxarıldıqdan sonra qəlibin içində soyudulur. Qəlibdən çıxarmaq üçün silkələnir, əgər bu şəkildə çıxmırsa bir bıçağın ucu qəlibin kənarlarına gəzdirilərək qəlibdən ayrılır.
2.2. Yeməyin bişirilmə üsulunu və müddətini təyin edir
2.2.1. Yemək bişirilmə üsulunun müəyyən edilməsi
Yemək bişirmək bir sənətdir. Bu sənətin müxtəlif üsulları vardır. Bir çox yeni fəaliyyətə
başlayan aşpazlar bu üsulları bilsələr də, bəziləri yemək bişirməyin hansı üsullarının
olduğundan xəbərsizdir. Bu üsullar bilənlər də bəzən, yemək bişirmə prosesində səhvlərə yol
verir.
Qidaların daha asan həzm edilməsi və daha ləzzətli olması üçün istilik tətbiq etmə
əməliyyatına bişirmə adı verilir.
Yeməklər təməl olaraq quru istilik ya da nəmli istilik üsuluyla bişirilir. Hər üsul öz
içərisində dəyişiklik göstərərək çeşidlənmişdir. İstifadə edilən metod, bişiriləcək qidaya
və istənilən nəticəyə görə dəyişər (Şəkil 2.13).
Qaynatma üsulu ilə yemək bişirmə (Şəkil 2.14)
Qaynatma üsulu xüsusilə mal, dana əti, toyuq, balıq və tərəvəzlərdə seçim edilir. Qaynatma üsulunda məqsəd, yeməklərin ətrinin qorunması, həzm etmənin asan olması və qida dəyərləri baxımından etibarlı olmasıdır.
|