Hal-hazırda yeyinti müəssisələrində müxtəlif konstruksiyaya malik olan tərəvəzyuma maşınlarından geniş istifadə olunur.
Dənəvər qida məhsulları üçün çeşidləmə-kalibrləşdirmə avadanlıqlarının təyinatı və tətbiqi
Emal müəssisələrinə daxil olunan dənəvər yeyinti məhsullarının texnoloji tələblərindən asılı olaraq müxtəlif fraksiyalara (siniflərə) ayrılması əsas mexaniki proseslərdən biridir.
Dənəvər məhsullar keyfiyyətinə görə müxtəlif siniflərə ayrılır:
Ümumiyyətlə, kalibrləmə və çeşidləmə maşınlarının texnoloji təyinatı eyni olub dənəvər yeyinti məhsullarının müxtəlif siniflərə ayrılması prosesidir. Bu maşınların işçi üzvləri müxtəlif konstruksiyaya malik olan ələklərdən ibarət olmaqla çörək və konserv zavodları, qənnadı və makaron fabrikləri və bu kimi qida istehsalı müəssisələrində geniş tətbiq edilir.
Proses nəticəsində ilk məhsul işçi üzvlərin (ələklər) təsiri ilə iki hissəyə ayrılır. Məhsulun bir hissəsi ələyin deşiklərindən düşürsə, keçən hissə ələkdə qalan hissə - ayrılma adlandırılır (Şəkil 1.6).
Qeyd edək ki, yeyinti müəssisələrində ələmə prosesindən geniş istifadə edildiyindən vəsaitdə ələyici maşınların öyrənilməsinə daha çox diqqət yetirilir.