Reduktora təyinatına görə çıxarıla bilən müxtəlif mexanizimlər - ət maşını, çalan maşın, balıqtəmizləyən maşın, tərəvəzdoğrayan maşın və s. aiddir. Bərkidilməklə növbə ilə işlədilə bilər.
İntiqal “Universal” adını da burda almışdır. Xırda emal müəssisələrində o cümlədən ticarət və iaşə sistemində miqdarca az olan, lakin olduqca müxtəlif çeşidli yeyinti məhsullarının emalında universal mətbəx maşınlarının tətbiqi məqsədə uyğundur və iqtisadi baxımdan səmərəlidir. Belə konstruktiv qurğular ilk növbədə maşının istifadə əmsalının artırılmasını göstərir.
Yuma maşınları
Yuma prosesindən qida sənayesinin müxtəlif emal müəssisələrində (konserv və şərab zavodları, süd kombinatları və s.) geniş istifadə edilir.
İaşə müəssisələrində isə yuma prosesinə meyvə-tərəvəzlər, ət–balıq məhsulları, yeməkxana və mətbəx qabları, taralar və s. məruz qalır. Lakin iaşə sistemində sənaye üsullarının tətbiqi ilə bağlı iri tədarük müəssisələrində konteynerlər və taraların yuyulması proseslərinin mexanikləşdirilməsi həll olunmamış olaraq qalmışdır.
Yuma prosesi iki üsulla – hidravlik və hidromexaniki üsullarla həyata keçirilir. Birinci üsul su axınının çirklənmiş səthə təsiri ilə xarakterizə olunur, ikinci – su axını ilə bərabər maşının işçi üzvlərinin (yuma şotkaları, diyircəklər və s.) birgə təsiri nəticəsində proses yerinə yetirilir.
Yuma prosesinin intensivləşdirilməsi məqsədi ilə bu sahədə çoxlu sayda elmi iş aparılmışdır. Yuma keyfiyyəti prosesdə istifadə olunan yuyucu dərman vasitələrinin fiziki-kimyəvi göstəriciləri, yuma axınının xassələri, maşına tətbiq edilən taxmaların konstruktiv parametrləri, çirklənmə dərəcəsi və bu kimi amillərdən asılıdır (Şəkil 1.2).
Fasiləli işləyən qabyuyan maşınlar
Müasir qabyuyan maşınlarda, qabların yuyulması zamanı ardıcıl olaraq aşağıdakı əməliyyatlar aparılır:
Qabların xörək qalıqlarından təmizlənməsi;