Lobyanın qaynadığı sudan 1 stəkan götürülür və qalanı süzülür. Blenderdə lobya, qoz, ədviyyat, sarımsaq və duz eynicinsli kütlə alınanadək xırdalanır. Əgər quru alınsa, götürülən lobya suyundan az-az əlavə etmək olar.
Alınan püre qida plyonkasının üzərinə 1 sm. qalınlıqda yayılır. Üzərinə yumşaldılmış yağı
bərabər şəkildə yayılır. Plyonkanın köməyilə rulet kimi bükülür. Çox möhkəm sıxmadan
plyonkaya bükülür və soyuducuda 2 saat saxlanılır (Şəkil 2.8).
Yerkökü konservlərindən istifadə edərək yerkökü kekslərinin hazırlanması (Şəkil 2.9).
Yerkökü keksinin hazırlanma qaydası
Tərkibi:
1 ədəd portağal;
250 qram kök;
4 ədəd yumurta;
120 qram şəkər;
12 ml. üzüm çəyirdəyi yağı;
1 çay qaşığı vanilin;
125 qram quru üzüm;
250 qram un;
1 çay qaşığı toz darçın.
Sous üçün:
1 qutu pendir;
100 qram otaq temperaturunda yumşaq marqarin;
80 qram pudra şəkəri;
120 qram əzilmiş Hind qozu.
Hazırlanma qaydası:
Soba əvvəlcədən 1800 C qızdırılır. Portağalın qabıqları rəndələnir və suyu sıxılır. Kökün soyuduqdan sonra rəndələnir.
Mətbəx robotunda yumurtalar, şəkər qarışdırılır (Şəkil 2.10). Üzərinə portağal suyu və qabıqları, üzüm çəyirdəyi yağı və vanilin əlavə edilir. Un, üzüm yağı və kök qatıldıqdan sonra yenidən qarışdırılır. Yağlanmış keks qəlibinin içinə qarışıq tökülür və 35 dəqiqəyə yaxın bişirilir.
|