14. Müəssisələrdə quraşdırılan ventilyasiya avadanlıqları necə olmalıdır?
A) Sürətlə işləməli və daxili temperatur 20-25ºC olmalı;
B) Zəif və sakit işləməli və temperatur 10-15ºC olmalı;
C) Səsli olmalı və hava kütləsi çox keçməli;
D) Səssiz olmalı, havanı təmizləməli və normal temperatur yaratmalı.
15. İaşə müəssisələrində köməkçi otaqlar hansıdır?
A) Ticarət və banket zalları;
B) Avanzal və qarderob;
C) Serviz otağı və qabların yuyulma otağı;
D) İsti və soyuq sexlər.
16. Ticarət zallarında istifadə olunan köməkçi masalar nə üçündür?
A) Təmiz yemək dəstləri;
B) Ofisiantlar üçün;
C) Çirkləndirilmiş yemək qabları;
D) İçki qablarının açılması.
17. Qabyuyan maşınlar neçə şöbədə işləyir?
A) 1;
B) 2;
C) 3;
D) 4.
18. İaşə müəssisələrində istifadə olunan masalara verilən tələblər hansıdır?
A) Gigiyenik olmalı, masa və stulun hündürlüyü uzlaşmalı və normalara uyğun ölçü təyin edilməli;
B) Dəmirdən olmalı və gigiyenik olmalı;
C) Taxtadan olmalı və optimal sahəsi olmalı;
D) Temperatur və rütubətə davamlı olmalı.
19. Paylama şöbəsində hansı avadanlıqlar quraşdırılır?
A) Qabyuyan maşınlar;
B) Soyuducu kameralar;
C) Çörəkdoğrama maşını;
D) Kassa terminalı və içkilər qoyulmuş vitrin.
20. Lüks restoranlarda hansı qab və ləvazimatlardan istifadə olunur?
A) Çini qablar və ləvazimatlar;
B) Büllur qablar və ləvazimatlar;
C) Melixor qablar və ləvazimatlar;
D) Gümüşlə işlənmiş qablar və ləvazimatlar.