Aşpaz
7. Müəssisədə serviz otağı hansı şöbə ilə yanaşı olmalıdır?
A) Ticarət zalı;
B) Anbar;
C) Qabyuma şöbəsi;
D) Serviz-bar.
8. Melxior qab-qacaq necə yuyulur?
A) Yumşaq liflər və soda ilə vannalarda;
B) Qabyuma maşınında orta temperaturda;
C) Vannalarda bir-birinə dəyməməsi şərti ilə;
D) Qabyuma maşınında iki şöbəli üsulla.
9. Qab-qacağın yuyulma otağında hansı avadanlıqlar texnoloji prosesin ardıcıllığı ilə quraşdırmalıdır?
A) Şotkalı yuyucular, dolablar və stelajlar;
B) Qabyuyan maşın;
C) Yuyucu vanna, quruducu dolab və tullantı üçün çənlər;
D) Yuyucu vanna, masalar və rəflər.
10. Yuma otağında qab-qacağın sındırılmaması və səsinin azaldılması üçün qab-qacağın yığılma yerlərində nə edilir?
A) Masalara linoliumdan üz çəkilir;
B) Rezin altlıqlardan istifadə edilir;
C) Səsi azaldan materiallar işlədilir;
D) Qabların arasına parça qoyulur.
11. Şüşə qablardan hansı iaşə müəssisələrində istifadə olunur?
A) Barlarda;
B) Hotel restoranlarında;
C) Yüksək dərəcəli restoranlarda;
D) Yeməkxanalarda.
12. Şüşə qab-qacaq və ləvazimatlar necə yuyulur?
A) Vannada yuyulur, stelizatorda qaynar suda strelizə edilir;
B) Qabyuyan maşında aşağı temperaturda yuyulur;
C) İki şöbəli vannada vannanın içinə rezin altlıq qoyularaq yuyulur;
D) 50-55°C-də yuyulur, 95-98°C-də isə yaxalanır.
13. Zalların avadanlıqla təminatında ümumi tələblər hansıdır?
A) Xidmət növünə uyğun estetiklik və davamlılıq;
B) Milli üslublu avadanlıq;
C) Çox yer tutmalı və müasir olmalı;
D) Az yer tutmalı və təhlükəsiz olmalı.