Aşpaz
|
Təlim nəticələrinin qiymətləndirilməsi |
I. Nəzəri biliklərin qiymətləndirilməsi
1. Test
1. İaşə müəssisələrində xidmətin təşkilində obyekt dedikdə nə nəzərdə tutulur?
A) Kulinariya məhsullarının satışı;
B) Kulinariya məhsullarının istehsalı;
C) Kulinariya məhsullarının realizə olunması və əhaliyə xidmət təklifinə yönəldilən xidmət fəaliyyəti;
D) Kulinariya məhsullarının istehlakı.
2. Xidmət şərtləri dedikdə hansı göstərici nəzərdə tutulur?
A) Xidmətin keyfiyyəti;
B) Xidmət üsullarının birləşdirilməsi;
C) Xidmətin təhlükəsizliyi;
D) Xidmətin alınması prosesində istehlakçıya təsir edən amillərin məcmusu.
3. Xidmət keyfiyyəti dedikdə nə başa düşülür?
A) İstehlakçıların təyin etdikləri və nəzərdə tutulmuş tələbatlarının təmin edə biləcəklər xidmət xaraktestikası məcmusu;
B) Xidmət təhlükəsizliyi;
C) Xidmət üsullarının müxtəlifliyi;
D) Xidmətin yerinə yetirilməsi.
4. İaşə müəssisələrinin ticarət fəaliyyətinin təşkilinin əsas vəzifələri hansıdır?
A) İstehlakçılara xidmətin forması;
B) İstehlakçılara xidmətin forması və üsullarının təkmilləşdirilməsi və xidmət mədəniyyətinin yüksəldilməsi;
C) Xidmət üsullarının yüksəldilməsi;
D) Xidmət forması və xidmət üsullarının təkmilləşdirilməsi.
5. Müəssisənin qab-qacaqla təyinatı necə olmalıdır?
A) Xidmətin xüsusiyyətinə görə;
B) Bir yerə 1-2 dəst qab-qacaq;
C) Bir yerə 4-5 dəst qab-qacaq;
D) Bir yerə 3-4 dəst qab-qacaq.
6. Sındırılmış qab-qacaq dəstləri necə ödənməlidir?
A) Müəssisənin hesabına;
B) Akt tərtib edilməklə;
C) Sifarişçinin hesabına;
D) Qab yuyanın hesabına.