- İstehsalat müəssisələrində yerləşən iaşə müəssisələrində iş növbəsini təhvil vermək üçün təhvil veriləcək işlərin siyahısını hazırlayın
|
- Əməyin təhlükəsizlik qaydalarına diqqət edin;
- Gigiyenik qaydalara əməl etməyi unutmayın;
- İaşə xidmətinin istehsalat müəssisələrində təşkilinin müəssisənin işçiləri və qulluqçuların konsentrasiya səviyyəsinin xüsusiyyətlərindən asılı olmasını unutmayın;
- Konsentrasiya səviyyəsinin xüsusiyyətləri iaşə müəssisələrinin iş rejimini, onların yerləşməsini, yeməkxanalarda yerlərin sayını və xidmət formasının seçimini şərtləndirməsini diqqətdə saxlayın;
- İşçiləri bir yerə toplanmış kontingentlər şəklində olan istehsalat müəssisələrinin texnoloji prosesin xarakterindən asılı olaraq aramlı, axın (konveyer) və aramsız istehsalat prosesinə malik müəssisələrə bölünməsini nəzərdə saxlayın;
- Aramlı istehsalat prosesi müəssisənin, işinin başlanmasından müəyyən vaxt keçməsindən sonra (3-4 saat), nahar fasiləsini nəzərdə tutmasını unutmayın;
- Axın (konveyer) istehsalat prosesinin nahar vaxtında, konveyerin dayanması yolu ilə qidalanmanın təşkilini nəzərdə tutmasını unutmayın;
- Aramsız texnoloji proses zamanı, reqlamentləşmiş (konkret) nahar fasiləsinin mövcud olmadığını diqqətdə saxlayın;
- Aramsız texnoloji proses zamanı işçilərin, həmin müəssisənin texnoloji proseslə şərtləndirilmiş dövründə qida qəbul etmək üçün növbə ərzində texnoloji fasilənin vaxtından istifadə etməsini unutmayın;
- Aramsız texnolji proses zamanı işçilərin iaşə müəssisələrinə qeyri-bərabər şəkildə baş çəkmələrini nəzərdə saxlayın;
- Aramsız texnoloji proses zamanı işçilərin iş yerlərinə qidanın gətirilməsi kimi əlavə xidmət formasından istifadə etməsini diqqətdə saxlayın.
|