Nahar və yaxud şam yeməyi üçün xüsusi menyu üzrə xidmət zamanı ofisiant nömrəyə araba üzərində qab-qacaq, ləvazimatlar, süfrə, kətan salfetlər, mineral sular, meyvə suyu, meyvələr, siqaretlər və kibriti gətirir. Nömrədə ofisiant masanı (nahar və yaxud jurnal) süfrə ilə örtür və onu bəzəyir. Sonra isə restoranda xidmət zamanı qəbul olunan qaydada yeməkləri gətirir. Sifarişçinin istəyi ilə ofisiant boşqabın üzərinə yeməkləri düzür, içkiləri süzür, yəni xidmət edir və təyin olunmuş vaxtda və yaxud çağırış ilə qabları yığışdırmağa getmək üçün qayıdır.
Nömrələrdə xidmət zamanı üzərlərinə salfetlər və bəzəmə əşyaları qoyulan səyyar bəzədilmiş kiçik masalardan istifadə etmək olar. İsti yeməklər xüsusi kloşe (ing. Cloche - bitkiləri qorumaq üçün şüşə şapka) qapaqlar ilə örtülür.
Qəhvədan və yaxud çaydanlarda isti içkilər masanın masa taxtası altlığında yeşikdə yerləşdirilir.
Room-service bölməsinin ofisiantları nömrəyə sifarişin verilmə standartları, mehmanxananın bütün əsas xidmətlərinin necə yerləşdirilməsi, menyu və restoranın şərab kartını yaxşı bilməlidirlər. Əgər qonaq yeməklərin seçilməsində çətinlik çəkirsə, order-taker ona balanslaşdırılmış nahar və yaxud şam yeməyi təklif etməlidir. Telefonla sifarişi qəbul edərək order taker onu mətbəx və servis-bara ötürür. Böyük qrupa, adətən, iki ofisiant xidmət edir. Bu zaman onların birincisi bəzədilmə əşyalarını seçir, sifarişi alır və aparır, ikincisi isə masanı bəzəyir və qonaqlara xidmət edir.
Room-service xidməti rotasiya prinsipi ilə işləyir, yəni növbələrə rəhbərlik müəyyən supervayzerə tapşırılır və ofisiantlar bir növbədən digər növbəyə qrafikdən asılı olaraq keçməklə çalışırlar: bəzən bu hər həftə çəkir, bəzən isə hər ay baş verir.