İaşə xidməti işçilərinin fəaliyyətinin planlaşdırılması
Qonaqlar qrupunun xidməti zamanı ofisiant texniki üsullardan istifadə edərək əvvəlcə istifadə olunmuş boşqab və ləvazimatları yığır, sonra isə masaya təmiz boşqab və ləvazimatları düzür (Şəkil 2.49).
Soyuq və isti sexlərdən qəlyanaltılar, yeməklər isti içkilər, qənnadı sexindən unlu kulinariya və qənnadı məmulatları və servis-bardan məhsulları maddi məhsul şəxs iki nüsxədə yazılan və müəssisənin direktoru və
baş mühasibi tərəfindən imzalanan gündəlik alınma vərəqləri ilə alır. Alma vərəqinin birinci nüsxəsi məhsulu alan şəxsə təqdim edilir; digər nüsxə isə istehsalat müdirində qalır. Realizə olunmayan məhsulun
qaytarılması alma vərəqinin xüsusi qrafasında “qaytarılıb” yazılan yerdə əks etdirilir. Alma vərəqlərini maddi məsul şəxs mühasibatlığa pulun təhvili haqqında qəbzlə birlikdə verir.
|
Şəkil 2.49. Yemək ləvazimatlarının süfrəyə düzülmə qaydaları
|
Room-service-in iş rejimi
Room-service-in iş rejimi bütün gün ərzində olur (Şəkil 2.50). Bu bölmənin əməkdaşı (onun vəzifəsi order-taker adlandırılır) nömrələrdə səhər yeməkləri, naharlar və yaxud şam yeməkləri ilə xidmət
üçün mehmanxanada yaşayanlardan sifarişlər qəbul edir. O təkcə xüsusi menyu üzrə sifarişi qəbul etmək yox, həm də sifarişçi ilə yeməyin hazırlanma üsulu, verilmə vaxtı, bəzədilmə növü və xidmətin xüsusiyyətlərini
də razılaşdırır. Sifarişi qəbul edəndən sonra order-taker onun hazırlanma vaxtı haqqında mütləq xəbərdarlıq edir. Sifarişlə birlikdə qonaq mehmanxananı tərk edən zaman ödənməli olan çek və “Nuş olsun” arzusu
yazılan kart alır və qabları nə vaxt yığışdırmaq haqqında məlumat verməyi xahiş edir.
|
Şəkil 2.50. Room-service
|
Hər bir mehmanxana nömrəsində səhər yeməyi menyusunun xüsusi kartları mövcuddur. Onlarda kontinental, Avropa, Amerika, rus, pəhriz və vegetarian səhər yeməklərinin bütün çeşidləri göstərilir. Qonaq seçilmiş yemək və içkiləri
qeyd edir. Səhər yeməyi kartlarını nömrənin qapısında asır, gecə isə onları növbətçi ofisiantlar yığırlar. İşin rahatlığı üçün menyu kartlarından bütün göstəricilər xüsusi blanka köçürülür.
Room-service üçün naharın xüsusi menyusu özündə soyuq qəlyanaltılar (4-5 adda), salatlar (5-6 adda), isti qəlyanaltılar (2-3 adda), şorbalar (4-5 adda), balıq, ət, quş və tərəvəzlərdən (8-10
adda) isti yeməklər, desert (6 adda), isti və soyuq içkiləri əks etdirir. Nahar və yaxud şam yeməyinin menyusu müxtəlif ölkələrdən olan qonaqların milli xüsusiyyətləri nəzərə alınmaqla tərtib olunur. Menyuya, əlavə olaraq,
italyan pastası və tərəvəzlər, spagetti, isti və soyuq sandviçlər daxil edilə bilər.