Qab-qacağın yuyulma otağında qabyuyan maşın texnoloji prosesin ardıcıllığı ilə quraşdırılmalıdır. Qabyuyan maşınlarda nimçələr, stəkanlar və yemək ləvazimatlarının yuyulması və sterilləşdirilməsi həyata keçirilir. Qab-qacağın yuyulması üç şöbədə və müxtəlif temperatur rejimində həyata keçirilir:
İkinci şöbədə qab-qacaq 50-55˚ dərəcədə 10%-li xlorlu əhəng məhlulu əlavə edilməklə (1 litr suya 10 sm3 hesabı ilə) yuyulur və dezinfeksiyalaşdırılır;
Bir qonağın xidməti zamanı ofisiant köməkçi masa və yaxud servantda boşqabı (qəlyanaltı və yaxud kiçik yemək üçün) hazırlayır, onun üzərinə bıçaq və çəngəli elə qoyur ki, bıçaq tiyəsi boşqaba doğru sağ tərəfə istiqamətlənsin, çəngəl isə dişlərlə yuxarı vəziyyətdə və ləvazimatın uclarına çarpaz olsun. Bıçaq və çəngəlin qulpları arasında məsafə o qədər olmalıdır ki, ofisiant boşqabı dəsmal ilə və yaxud onsuz götürə bilsin. Sağ əl ilə ləvazimatlar və təmiz boşqab götürülərək, qonağa sol tərəfdən yaxınlaşmalı və icazə alaraq sol əllə ləvazimatlarla istifadə olunmuş boşqab götürülüb sağ əllə sağ tərəfdən ora təmizi qoyulmalıdır.