Yemək qab-qacağının yuyulma otağı qab-qacağı və ləvazimatların yuyulması üçün nəzərdə tutulmuşdur. Bu bölmənin dəqiq işi zalın müvəffəqiyyətli işi və xidmət mədəniyyətinin yüksəlməsinə təsir edir.
Yemək qab-qacağının yuyulma otağı serviz otağının yanında yerləşdirilməli, zal və xörək paylama şöbəsi ilə rahat əlaqəyə malik olmalıdır, bu da ofisiantların təmiz qab-qacaq ilə ardıcıl təminatına imkan yaradır.
Yuyulma otağını qabyuyan maşınlar, yuyucu vannalar, şotkalı stəkanyuyucular, qab-qacağı yemək qalıqlarından təmizləmək və çeşidləmək üçün masalar, quruducu dolablar, təmiz qab-qacağın saxlanması üçün stellaj,
dolab və tullantıların yığılması üçün qapaqlı çənlərlə təchiz edilir.
Avadanlığı texnoloji prosesin ardıcıllığından asılı olaraq - yemək qalıqlarından təmizləmək, çeşidləmək, yumaq, sterilləşdirmək və qurutmaq üçün quraşdırılır (Şəkil 2.46).
|
Şəkil 2.46. Avadanlıqların müvafiq ardıcıllıqla quraşdırılması
|