İaşə müəssisələrində köməkçi otaqlara servis otağı və qabların yuyulma otağı aiddir (Şəkil 2.43).
Süfrə ağları otağı serviz otağının paylanmasından çox uzaq olduğu zaman təmiz süfrə ağları, kətan salfetlər və ofisiantların işləri üçün zəruri olan əl salfetlərinin kiçik ehtiyatının saxlanmasına icazə verilir. Serviz otağı dolablar, qab-qacaq və yemək ləvazimatların saxlanması üçün asılan rəflər, stellajlar (malların saxlanılması üçün anbarda xüsusi mebel avadanlığı) və ofisiantlara onları vermək üçün piştaxta ilə təchiz olunmalıdır.
Yemək ləvazimatları – bıçaq, çəngəl və qaşıqları siyirmələrdə saxlayırlar (Şəkil 2.44). Qab-qacaq növləri – çini, şüşə, büllur və metal qablar və təyinatına görə - pirojki, qəlyanaltı, kiçik yemək və digər nimçələr, şərab və araq üçün qədəhlər, su, şirələr və digər içkilər üçün stəkanlar, qrafinlər və bardaqlar üzrə çeşidlənir.
Qab-qacaq ayrı-ayrılıqda və onlara xüsusi yer ayrılan dolablar və stellajların rəflərində saxlanılır. Qab-qacağı elə qoyulur ki, onları götürmək asan olsun. Məsələn, fincanlar, sous, süd, qaymaq və qəhvə qablarını qulpları çöl tərəfə baxan vəziyyətdə qoyurlar (Şəkil 2.45).
Müəssisənin qab-qacaqla təmin olunmasında təchizat normaları bir yerə 3 dəst bəzən isə 4 dəst qab-qacaq və ləvazimatların dəstinin yerləşməsini nəzərdə tutur. 2 dəst zalda və buraxılmada dövriyyədə olur, üçüncü isə - yuyulma otağındadır. Qab-qacaq və ləvazimatların bu qədər sayı saatda, hər yerin iki-üç dəfə dövriyyəsi zamanı, istehlakçıların normal xidmətini təmin edir. Axşam vaxtı restoranlarda, masa arxasında yerlərin, praktiki olaraq, bir dəfə istifadəsi, qab-qacaq və ləvazimatlara olan tələbatı bir yerə bir yarım dəstə qədər azaldır.
|
Şəkil 2.43. Köməkçi otaq
Şəkil 2.44. Bıçaq, çəngəl və qaşıqlar üçün siyirmə
Şəkil 2.45. Rəflərdə qab-qacağın düzülmə istiqaməti
|