İaşə xidməti işçilərinin fəaliyyətinin planlaşdırılması
Bununla yanaşı, eyni zamanda bəzi ictimai iaşə obyektlərində təmizlik və gigiyena qaydalarına riayət etmək üçün bir sıra çatışmazlıqlar vardır ki, bu insanların sağlamlığı üçün çox təhlükəlidir. Bundan əlavə, bəzi hallarda, yemək bişirmə qaydalarında da problemlərlə qarşılaşmaq olur.
Məhsul təsdiq olunmuş eyniadlı hər qrup məhsul üçün qaydaların uyğunlaşdırılması ilə markalanır.
Xidmətlərin estetikliyi isə müəssisələrin memarlığı və rənglərinin planlaşdırılması baxımından harmoniklik, həmçinin, xidmətlərin şərtləri ilə heyətin xarici görünüşü, masanın tərtibatı, kulinariya məhsulunun tərtibatı və servis edilməsi də daxil olunmaqla uyğunluğu ilə xarakterizə olunur (Şəkil 2.40).
|
Şəkil 2.40. İaşə müəssisələrinin estetikliyinin planlaşdırılması
|
Xidmətin sosial ünvanlılığı müəssisənin növündən asılı olaraq, istehlakçıların müəyyən kontingentinin onun tələblərinə uyğunluğu ilə müəyyən olunur.
İaşə müəssisələrinin fəaliyyətinə işlərin rasional təşkili də müsbət təsir edir. O, məhsuldarlığın, intensivlik və iş vaxtının daha düzgün istifadəsinin hesabına əməyin effektivliynin yüksəlməsinə səbəb olur.
İşləri rasional təşkil etmək üçün aşağıda göstərilən işin qabaqcıl üsul və metodlarına riayət etmək lazımdır:
- İş prosesini əməliyyatlara bölmək;
- Onların bəzilərini düzgün uyğunlaşdırmaq;
- İxtisas və iş təcrübəsi nəzərə alınmaqla insanları yerləşdirmək;
- Onların arasında dəqiq qarşılıqlı əlaqəni təmin etmək;
- İş yerlərini təchiz etmək və onların xidmətini təşkil etmək;
- İşin rasional qrafiklərini tərtib etmək;
- Daha sərfəli iş şəraitlərini yaratmaq.
İşin gündəlik işəçıxma ilə təşkili zamanı ona uyğun olaraq müəssisələrin daha çox yüklənən saatlarında işçilərin maksimal sayını təmin etmək üçün ayrı-ayrı işçilər üçün iş günü müxtəlif vaxtda başlanan və xətti qrafikdən istifadə etmək məqsədəuyğundur.
Kütləvi xidmət zamanı bir dəfəlik istifadə üçün qiyməti, bir qayda olaraq, yeməklərin qiymətinə daxil oluna, plastik kütlədə hazırlana, qab və ləvazimatlardan istifadə oluna bilər.
Ləvazimatlar çini material və paslanmayan poladdan hazırlana bilər. Paslanmayan poladdan hazırlanan bu ləvazimatlar daha geniş yayılmışdır. Restoran və kafelərdə yeməkxana və qəlyanaltıxanalardan fərqli olaraq süfrə qabları və ləvazimatların daha geniş çeşidindən istifadə edilir.
|
Şəkil 2.41. İaşə müəssisələrində istifadə olunan qab və şüşə ləvazimatlar
|
Qablar və şüşə ləvazimatlar təkcə bir-biri ilə uyğun olmamalı, həmçinin, iaşə müəssisəsinin tipinə və onun qiymət kateqoriyasına uyğun olmalıdırlar (Şəkil 2.41).