Aşpaz
Yeməklərdə saxlama və ya məhsulun daşınması əsnasında meydana gələ biləcək əzilmə və zərbələr, qidadan zamanla meydana gələcək su itkisi, maya, kif, bakteriya və ferment kimi bioloji faktorlardan ötəri pozulmalar meydana gələ bilər. Qidalanma şəraitində vacib amillər olan nəm, temperatur, nəzarət və saxlama şərtlərinin uyğunlaşdırılması təmin edilməlidir.
İctimai iaşə sektorunun məqsədi qida keyfiyyəti və gigiyena standartlarını təklif etməklə yanaşı, eyni zamanda istehlakçıların düzgün və balanslaşdırılmış bəslənməsini ən uyğun xidmət standartlarına uyğun həyata keçirmək və qida qalıqlarının qarşısını alaraq iqtisadi itkiləri minimuma endirməkdir.
Müştərinin tələblərinə uyğun olaraq bütün yeməklər istənilən yerdən istənilən yerə təqdim olunur (7/24). Bütün bunların yüksək səviyyədə təşkili daşımanın effektivliyini yüksəldir.
İctimai iaşə məhsullarının hazırlanması və daşınması ilə məşğul olan istehsal sahələrində çox fərqli problem yaşanır (Şəkil 2.37). Bu problemləri aşağıdakı kimi sıralamaq mümkündür:
- Müasir qurğuların olmaması;
- Qeydiyyatdan keçirilməmiş istehsalın olmaması;
- Ədalətsiz rəqabətin olmaması;
- İxtisaslı kadrların olmaması;
- Dövlət yoxlamalarının kifayət qədər olmaması;
|
Şəkil 2.37. Qida sektorunda yarana biləcək problemlər
|
- Qida və iş təhlükəsizliyinin qeyri-bərabər şəkildə həyata keçirilməsi;
- İstehsal tullantılarının təkrar emalı sisteminin olmaması;
- İstehsal tullantılarının tam işlənməməsi;
- Standart məhsul və daşımada problemlər.
Ümumiyyətlə, ictimai iaşə sektorunda məhsulların daşınmasında yaranan problemlərdən qabaq ona təsir edən digər problemlərin həlli üçün aşağıdakı həll yolları göstərmək mümkündür:
- Sektorda qeydiyyatdan keçirilməmiş məhsul istehsal edən şirkətlərin müəyyən edilməsi və bağlanması insan sağlamlığı, ərzaq təhlükəsizliyi və ədalətsiz rəqabət baxımından vacibdir;
- İctimai iaşə sektorunda ərzaq yoxlamaları və cərimə sanksiyaları artırılmalıdır (Şəkil 2.38);
- Qida standartlarına riayət edilməlidir;
- Qida təhlükəsizliyi sistemlərinin sertifikatlaşdırılması dövlət orqanları tərəfindən həyata keçirilməli və sənəd xərcləri azaldılmalıdır;
|
Şəkil 2.38. İaşə sektorun ərzaq yoxlamaları
|