- İş sağlamlığına və təhlükəsizliyinə dair yemək xidməti ilə əlaqəli sektorlar az təhlükəli sektor olaraq ifadə edilmişdir. Yemək xidməti sektoru az təhlükəli sinifdə iştirak etməsinə baxmayaraq, kəsmə, yanma, sürüşmə və ya ilişmə nəticəsində düşmə, kimyəvi təsirlər, elektrik və elektrik alətləri nəticəsində yaralanma və yanğın nəticəsində ölüm kimi bir çox riski əhatə edir (Şəkil 2.31).
-
Bu risklərə aşpaz, aşpaz köməkçisi, qəssab, şirniyyatçı, anbar işçisi, təmizlikçi, sürücü, ofis işçisi və nəqliyyat məsulu kimi peşə qruplarında çalışanlar məruz qalmaqdadır. Riskə məruz qalan işçilər işə görə fərqləndirilir, lakin həmin müəssisələrdə işlədilirlər. Çalışanlar bu risklərə mətbəx, qab yuyulan yerlər, anbarlar, keçid yolları, nərdivanlar, yükləmə-boşaltma sahəsi və yük lifti kimi iş sahələrində məruz qalmaqdadır;
- Qida sənayesi əhəmiyyətli tullantı problemləri ilə aparıcı sənaye sahələrindəndir.
- Müxtəlif səbəblərdən yaranan tullantıların idarəedilməz şəkildə qiymətləndirilə bilməməsi bir sıra problemlərə səbəb ola bilər (Şəkil 2.32). Bu problemlər arasında insan sağlamlığı (yoluxucu xəstəliklər, tənəffüs xəstəlikləri və s.) və ətraf mühitə zərər (su, torpaq, hava çirklənməsi və s.) əsas problemlər sırasında ilk yerdədir. Bununla yanaşı, eyni zamanda bu tullantıların enerjisinin istifadəsinin mümkün olmadığı da milli iqtisadiyyat baxımından zərər kimi qəbul edilir;
|
Şəkil 2.31. Mətbəxdə yarana biləcək təhlükələr
Şəkil 2.32. Qida sənayesində meydana çıxan tullantılar
|