İri tədarük müəssisələri və tam texnoloji dövrə malik güclü yeməkxanalarda xüsusi toyuq təmizləmə sexləri də nəzərdə tutulur. İri və orta güclü müəssisələrdə toyuq və subməhsulların emalı üçün ayrı cərgədə iş stolu, stellajlar (malların saxlanılması üçün anbarda xüsusi mebel avadanlığı) və vannalar təşkil edilir.
Məhsulların tədarük formalarından asılı olmayaraq hər bir məhsul növü üçün keyfiyyətin idarə olunmasında ayrıca münasib “məhsul” altsistemi yaratmaq lazımdır.
Məhsulun (xidmətlərin) ekologiyası - ətraf mühitə təsir zamanı onu riskə atmamaq şərti ilə əldə olunan məhsul və xidmətlərin kompleksidir.
Kulinariya (iaşə) məhsulunun keyfiyyəti dedikdə, kulinariya məhsulunun gələcək emalı və yaxud yeməyə yararlılığı, istehlakçıların sağlamlığı üçün təhlükəsizliyi, tərkibi və istehlak xüsusiyyətlərini şərtləndirən xassələrin məcmusu nəzərdə tutulur.
Bütövlükdə götürdükdə, müxtəlif qiymət kateqoriyası ilə işləyən əsas iaşə müəssisələrində məsləhət görülən məhsul buraxılışının çeşidləri (saylarla) aşağıdakı cədvəldə göstərilmişdir (Cədvəl 2.1, Cədvəl 2.2 və Cədvəl 2.3).
Məhsul qrupları |
Restoranlarda | Kafelərdə | |||||||
kateqoriyalar | kateqoriyalar | ||||||||
lüks | əla | birinci | ikinci | lüks | əla | birinci | ikinci | üçüncü | |
Soyuq xörəklər və qəlyanaltılar |
12-15 | 10-12 | 8-10 | 5-6 | 12-15 | 8-10 | 6-8 | 4-5 | 4-5 |
İsti qəlyanaltılar |
2-3 | 2-3 | 1-2 | - | - | - | - | - | - |
Duru xörəklər | 3-5 | 3-4 | 2-3 | 2 | 3-4 | 3-4 | 3-4 | 2-3 | 2-3 |
İkinci isti xörəklər |
12-15 | 10-12 | 8-10 | 5-8 | 8-10 | 6-8 | 4-5 | 3-4 | 3-4 |
Şirin xörəklər və dondurma |
5-7 | 4-5 | 4-5 | 3-4 | 5-7 | 4-5 | 4-5 | 3-4 | 3-4 |
İsti və soyuq içkilər |
6-8 | 6-8 | 4-5 | 3-4 | 8-10 | 4-5 | 3-4 | 3-4 | 3-4 |