Yalnız 1 inqrediyentdən ibarət olan məhsullar istisna olmaqla bütün digər məhsullar üçün inqrediyentlərin siyahısı göstərilməlidir. Siyahıdan öncə “Tərkibi” başlığı qoyulmalıdır. İnqrediyentlər, istehsal zamanı kütlə payının azalması ardıcıllığı ilə sıralanır, inqrediyent siyahısında qeyd edilmiş göstəricilər eyni şriftlə və rəngdə yazılmalıdır.
Əgər istifadə edilən inqrediyentin tərkibinə iki və ya daha çox inqrediyent daxildirsə, belə mürəkkəb inqrediyentin öz adı altında inqrediyentlər siyahısına daxil edilməsinə yol verilir. Bu halda belə mürəkkəb inqrediyentin bilavasitə adından sonra mötərizədə onun tərkib hissəsi olan inqrediyentlərin siyahısı azalma qaydasında porsiyaya uyğun göstərilir.
Hazır qida məhsulunda mürəkkəb inqrediyentin kütlə payı 2%-dən az olduqda onun tərkibinə daxil olan inqrediyentlərin sadalanmamasına yol verilir.