Aşpaz
İş yerlərinin təşkili və xidmətin yaxşılaşdırılması
İş yerlərinin düzgün təşkili zalda mebelin (masalar, stullar, kreslolar, servantlar və köməkçi masaların) düşünülmüş yerləşdirilməsi, ticarət sahələrinin effektiv istifadəsi, keçid enlərinin təyin olunmuş normalara riayət edilməsi, paylama şöbəsi, servis-barlar, qabyuma şöbəsi, istehsalat sexlərinin ölçüləri və onların xidmət prosesinin tələblərinə müvafiq olaraq yerləşdirilməsini nəzərdə tutur. Paylama şöbəsində kassa terminalı və içkilər qoyulmuş vitrin quraşdırılır.
İaşə müəssisələrində istifadə olunan masalara verilən tələblərə aşağıdakılar aiddir (Şəkil 2.16):
- Gigiyenik olmalı;
- Masa və stulun hündürlüyü uzlaşmalı;
- Normalara uyğun ölçü.
Zallar və iş yerləri planlaşdırılmalı və hazır yeməklərlə gedən ofisiantlar və istifadə olunmuş qablarla geri qayıdan ofisiantların qarşılıqlı axınları istisna edilməməlidir; xidmət heyətinin zaldan serviz otağı, qab-qacaq yuyulma otağı, servis-bar, soyuq və isti xörəklərin paylama sexlərinə göndərilməsi daha qısa marşrutlarla təmin edilməlidir.
Çox zəhmət tələb edən proseslərin mexanikləşdirilməsi və nəqliyyat vasitələrinin istifadəsinin köməyi ilə fiziki yükləmənin azaldılması
Ofisiantların işi yeməklərin zala gətirilməsi və qabların qab yuma otaqlarına aparılması zamanı xüsusi arabalardan istifadə edilməsi zamanı yüngülləşdirilir (Şəkil 2.17). Arabalardan, lazım olarsa, nahar masalarının yanında köməkçi masalar kimi istifadə edirlər.
|
Şəkil 2.16. İaşə müəssisəsində istifadə olunan masalar
Şəkil 2.17. Qabların daşınmasında istifadə edilən arabalar
|
Badə və qədəhlərin yuyulması üçün maşınların tətbiqi yarımavtomatik yuyucu şöbələrinin təşkili, qab yuma otaqlarında əmək məsrəflərini azaldır və onların işinin daha yaxşı təşkilinə səbəb olur. Bu da öz növbəsində xidmətin təşkilinə yaxşı təsir edir.
Mətbəx və soyuq sexin dəqiq işinin təşkili
Buna texnoloji prosesin ardıcıllığına müvafiq olaraq avadanlığın yerləşdirilməsi, bölməli modul avadanlığının quraşdırılması, funksional tutumların istifadəsi və işçilərin düzgün yerləşdirilməsi nəticəsində nail olmaq mümkündür (Şəkil 2.18).
Bunların hamısı iş vaxtının itirilməsinin qarşısını alır və xidməti sürətləndirir.
|
Şəkil 2.18. Texnoloji prosesin ardıcıllığına uyğun avadanlıqların yerləşdirilməsi
|