Xidmətin bütün mərhələlərində işin təşkili, hər bir istehlakçıya qarşı çeviklik və xoşrəftarlılıq, xidmətlərin keyfiyyət və təhlükəsizliyi təmin edilməlidir. Bu zaman xidmət heyəti və istehlakçılar arasında mübahisələr yolverilməzdir. Belə faktlar müəssisənin rəhbəri və zalın meneceri üçün istehsal müşavirəsində mükəmməl müzakirə predmeti olmalıdır. Münaqişə səbəblərinin öyrənilməsi və görülmüş tədbirlər haqqında tabeçilikdə olanlara çatdırma müəssisənin müsbət imicinin saxlanması, restoran, kafe və yaxud bar haqqında pis şayələrin yayılmamasına imkan verir və onun istehlakçılar tərəfindən yüksək qiymətləndirilməsinə xidmət edir.
Xidmət keyfiyyəti istehlakçıların təyin etdiyi və nəzərdə tutulmuş tələbatlarını təmin edə biləcək xidmət xarakteristikasının məcmusudur.
Xidmət keyfiyyətinin artırılması işçilərin yüksək ustalığı və briqada şəklində işləyən və xidmətin bütün detallarına diqqət yetirən həm rəhbər, həm də istehsalat müdiri, metrdotel və ofisiantların peşəkar hazırlıq səviyyəsinin yüksəlməsinə imkan yaradır. Xidmətin yüksək səviyyəsinə kadrların ixtisaslaşma hazırlığı və onun artırılması, heyətin treninqinin təşkili, peşəkar müsabiqələr və işçilərin fərdi imkanlarının uçotu hesabına nail olmaq olar.
Xidmət mədəniyyəti və keyfiyyəti bilavasitə iaşə müəssisələrinin təsərrüfat fəaliyyətinin nəticələrinə təsir edir. Xidmət mədəniyyətinin yüksəldilməsi ilə istehlakçıların sayı artır, mal dövriyyəsi və müəssisələrin rentabelliyi yüksəlir və dövriyyə xərcləri azalır.
İaşə müəssisələri özlərinin funksional təyinatı, realizə olunan məhsulun çeşidi, məhsulun müxtəlifliyi və hazırlama mürəkkəbliyi, texniki təchizat, xidmət üsulları, işçi heyətinin ixtisaslaşdırılması, xidmətin keyfiyyəti və təqdim edilən xidmətlərin nomenklaturasından (siyahısından) asılı olaraq aşağıdakı tiplərə bölünür:
Hər bir göstərilən müəssisənin tipi onun yer tutumu (yemək zalında yerlərin sayı) və bir növbədə buraxılan yeməklərin miqdarı ilə xarakterizə olunur. Müxtəlif tip iaşə müəssisələrinin yemək zallarında yerlərin optimal sayı aşağıdakı kimi müəyyənləşdirilir: