İaşə xidməti işçilərinin fəaliyyətinin planlaşdırılması
- Zallarda masaların tərtibatında rahatlıq və estetikliyin təmin edilməsi;
- İstehlakçıların xidməti prosesi ilə bağlı mənfi hadisələrin olmaması;
- Məhsul və xidmətlərin yeni növlərinin tətbiqi hesabına iaşə müəssisələrinin gəlirlə işləməsinin təmin edilməsi;
- İstehlakçıların dəyişən zövqü və bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq müntəzəm dəyişən xidmət növlərinə mütənasibliyinin təmin edilməsi.
Xidmətin təşkilində mütərəqqi texnologiyalardan istifadə (Şəkil 2.11)
Restoran, bar, kafe və digər iaşə müəssisələrində xidmətin təşkilində müasir texnologiyaların gələcək inkişafının əsas istiqamətləri aşağıdakılardır:
- Konseptual iaşə müəssisələrinin yaradılması;
- İnternet şəbəkəsi ilə sifarişin qəbulu və onun istehlakçıya çatdırılmasını təmin edən virtual restoran şəbəkəsinin genişləndirilməsi;
- Müştərilərin iştirakı ilə xörəklərin hazırlanması;
- Keytrinq sistemi üzrə xidmətin təşkili;
- Merçandayzinqin (məhsul və xidmətlərin satışı) tətbiqi.
|
Şəkil 2.11. İaşə xidmətlərində texnologiyanın tətbiqi
|
Milli və yaxud ekzotik üslubda tərtib olunan və menyusunda mətbəxlər və üslubların qarışığı mümkün olan restoran və konseptual restoran adlandırılır. Konseptual restoranın ideyası özündə sahibkar tərəfindən müəyyən mövzunun
seçimidir, onun vasitəsilə menyu işlənilir, interyer tərtib olunur, avadanlıq, qab-qacaq, ləvazimat, məhsullar və içkilərin təchizatçıları seçilir.
İaşə sistemində xidmət mədəniyyətini müəyyən edən əsas amillərə aşağıdakılar aiddir (Şəkil 2.12):
- Müasir maddi-texniki bazanın olması, göstərilən xidmətlərin həcmi, növləri xüsusiyyəti;
- İstehsal olunan məhsulun çeşidi, mütərəqqi xidmət formalarının tətbiq edilməsi və xidmətin bütün bölmələrində əməyin rasional təşkili;
- Reklam-informasiya işinin səviyyəsi;
- İaşə işçilərinin peşəkarlıq ustalığı və onun daim yüksəldilməsi;
- İaşə müəssisələrində qonaqpərvərlik mühitinin yaradılması;
- Qonaqlara qarşı xidmətedici heyətin diqqətliliyi, nəzakəti və ədəbi.
|
Şəkil 2.12. İaşə sistemində yüksək xidmət mədəniyyəti
|