İaşə xidməti işçilərinin fəaliyyətinin təkmilləşdirilməsi
İctimai iaşə dedikdə, qida məhsullarının istehsalı, emalı, realizə olunması (satışı) və istehlakının bilavasitə təşkilini həyata keçirən və əhaliyə qulluq göstərən böyük bir fəaliyyət sahəsi başa düşülür.
İaşə müəssisələrinin ticarət fəaliyyətinin təşkili üçün əsas vəzifələr istehlakçılara xidmətin forması, üsullarının təkmilləşdirilməsi və xidmət mədəniyyətinin yüksəldilməsindən ibarətdir.
İstehlakçılarla restoran və yaxud digər bir kütləvi iaşə müəssisələri arasında olan münasibətlər hər bir ölkədə “istehlakçıların hüquqlarının müdafiəsi” ilə əlaqədar qəbul olunmuş qanunlara müvafiq hökumət qərarları ilə təsdiqlənmiş “İaşə xidməti Qaydaları” ilə tənzimlənir.
Xidmətin icraçısı kulinariya məhsullarının istehsalı, satışı və istehlakının təşkili işlərini yerinə yetirən iaşə müəssisəsi və yaxud sahibkar sayılır. Qaydalarda mütləq olaraq, hər bir iaşə müəssisəsinin iş rejimi (onun saatları) müəyyənləşdirilir.
Əgər iaşə müəssisəsinin (xidmətlərin icraçısı) fəaliyyəti respublika qanunvericiliyinə müvafiq olaraq lisenziyalaşdırılmalıdırsa, bu halda lisenziyanın müddəti, nömrəsi, həmçinin onu təqdim edən orqan haqqında məlumat onunla tanış olmaq üçün asan oxunan yerdə yerləşdirilməlidir.
İcraçının hüququnda istehlakçının davranış qaydalarını müstəqil təyin etmək ixtiyarı vardır: