İaşə xidməti işçilərinin fəaliyyətinin planlaşdırılması
Briqada məsuliyyəti də müdiriyyət və briqada üzvü olan, vəzifədə böyük və yaxud daha təcrübəli olan briqadir arasında müqavilə ilə tənzimlənir.
Restoranlarda, adətən, işin təşkilinin fərdi və yaxud briqada formasından istifadə olunur. İşin fərdi formasının təşkili zamanı bütün funksiyaları - sifarişin qəbulundan istehlakçı ilə haqq-hesaba qədər zalın ona təhkim olunmuş hissəsində (2-3 masa) bir ofisiant yerinə yetirir. Sifarişi qəbul edərək o onu istehsalat və servis-bara göndərir və məhsulun alınması üçün nəzarət-kassa maşınında çekləri çap edir. Masanın əlavə bəzədilməsini həyata keçirir və istehlakçıların bilavasitə xidmətinə başlayır. Zalda işin təşkilinin belə formasından kiçik restoranlarda istifadə olunur.
İşin təşkilinin briqada forması zamanı aralarında vəzifələr ciddi şəkildə bölünən və müxtəlif ixtisası olan bir neçə ofisiant iştirak edir. Daha ixtisaslı olan ofisiantı xidmət prosesini idarə edən və briqadir təyin edirlər (Şəkil 2.7).
Briqada forması zamanı iş aşağıdakı kimi təşkil olunur:
- Briqadir sifarişi qəbul edir və onu briqada üzvləri arasında vəzifə kimi bölüşdürür, məsələn, bir ofisianta servis-bardan məhsulu, digərinə soyuq qəlyanaltıları, üçüncüsünə - isti yeməkləri almağı tapşırır.
|
Şəkil 2.7. İşin təşkilinin briqada forması
|
Briqadir daim zalda olur və masanın əlavə bəzədilməsi və qonaqların əlavə tapşırıqlarını yerinə yetirir. Qonaqların xidməti və istehlakçılarla hesablaşmanı da briqadir həyata keçirir. İşin təşkilinin belə forması - yeməyin hazırlanması və yaxud paylaşdırılması ilə əlaqədar olan son əməliyyatlar iri müəssisələrdə istehlakçıların gözü qarşısında həyata keçirilir.
İşin təşkilinin briqada forması daha effektivdir və xidmət mədəniyyətinin yüksəlməsinə səbəb olur, ona görə ki, ofisiantlar briqadası xidmət texnikasına mükəmməl yiyələnmişdir və istehlakçıların bütün suallarına ixtisaslı cavab vermək, yemək və içkilərin seçilməsində məsləhət verməyə hazırdırlar.
Ticarət zalı meneceri zal işçiləri işinin təşkili və koordinasiyanı həyata keçirir. Hər gün işə başlanmadan əvvəl o, masaları bölüşdürür və hazırlıq işlərinin keçirilməsinin keyfiyyəti, istehlakçıların xidməti və ofisiantların onlarla düzgün hesablaşmasına nəzarəti həyata keçirir. Eyni zamanda ticarət zalı meneceri oraya istehsalat müdiri və köməkçi xidmətlərin işçilərini (serviz və qab-qacaq yuyulma otaqları) dəvət edərək müşavirə keçirir. O, sonuncu növbənin işinin nəticələrini yekunlaşdırır və qarşıya cari gün üçün vəzifələr qoyur (Şəkil 2.8).
|
Şəkil 2.8. İşçi heyətinin gündəlik müşavirəsi
|