Qarışıq üsulun tətbiqi zamanı xidmətin iki göstərilən üsullarının birləşdirilməsi nəzərdə tutulur. Məsələn, müşavirələr, konfranslar və simpoziumların iştirakçılarına xidmət zamanı qonaqlar müstəqil şəkildə paylama xətti və yaxud furşet masalarındakı qəlyanaltılar, desertlər, içkilər və digər məhsulları özləri seçir, birinci və ikinci yeməkləri isə ofisiantlar təqdim edirlər. Yemək üçün hesablaşma yeməkdən sonra, yəni zaldan çıxan zaman aparılır.
Müxtəlif tipli iaşə müəssisələrinin zalları üçün anbarlardan yemək qab-qacağı və ləvazimatların buraxılma qaydası xidmətin xüsusiyyətindən asılı olaraq faktura üzrə həyata keçirilir (çeşidi və onun miqdarı göstərilməklə). Müəssisədə serviz otağı qabyuma şöbəsi ilə yanaşı olmalıdır.
Restoran və ofisiantlar tərəfindən xidmət göstərilən digər müəssisələrdə qab-qacaq və ləvazimatlar qab-qacağı buraxan serviz otağı işçisi, metrdotel və yaxud zalın administratoru, ofisiantların briqadiri, özünəxidmət müəssisələrində isə müəssisə direktorunun əmri ilə təyin olunmuş zalın administratoru və yaxud digər şəxslərin məsuliyyəti altına buraxılır. Onlarla maddi məsuliyyət haqqında müqavilələr bağlanır.
Xidməti işçilərinin effektiv fəaliyyəti
Briqada heyətinə daxil olunan işçilərin razılığı ilə zalda dövriyyədə olan qab-qacaq və ləvazimatlara görə ofisiantlar və digər şəxslərin briqada məsuliyyəti təyin oluna bilər.