Sonradan hesablaşma ilə özünəxidmət zamanı isə hesablaşma paylama xəttinin sonunda baş verir. Bu zaman istehlakçılar yeməkləri paylama xəttində özləri seçir və onların qiymətini onun sonunda ödəyirlər. Belə formalı özünəxidmət zamanı yeməklərin istehlakçıların özləri tərəfindən seçilməsi təmin olunur, bu halda isə yeməkləri paylaşdıran və çekləri ayırd edən aşpazlara ehtiyac qalmır. Bununla da əsas diqqət yeməklərin buraxılması, həmçinin, istehlakçıların tezləşdirilmiş xidmətinə yönəlir.
Bu xidmət formasının istifadəsi hesablaşma əməliyyatlarının aparılmasına olan nəzarəti gücləndirir, ona görə ki, birinci kassir məhsulun qiymətini hesablayır, ikincisi isə istehlakçı ilə hesablaşma aparır.
Bu zaman zalın buraxılış qabiliyyəti qabaqcadan ödəmə ilə özünəxidmətlə müqayisədə 1,5-1,6 dəfə yüksəlir.
İşçi heyəti tərəfindən xidmət
Bu xidmət növündən elə müəssisələrdə istifadə olunur ki, xidmətin vaxt amilindən çox, komfort rolu daha çox əhəmiyyət kəsb edir. Restoranlarda onun kateqoriyasını xarakterizə edən istehlakçıların ofisiantlar tərəfindən xidmət forması tətbiq olunur.