İstehsalat müəssisələri və təşkilatlarında kütləvi iaşə obyektlərinin fəaliyyəti 2 əsasda həyata keçirilir:
Natamam özünəxidmət zamanı isə əməliyyatların bir çox hissəsini xidmət heyəti yerinə yetirir. Natamam özünəxidmət sisteminə misal olaraq vahid nahar fasiləsi təyin olunan istehsal müəssisələri və yeməkxanalarda masaların tərtibatını göstərmək olar. Bu zaman istehlakçılar qabaqcadan masalara düzülmüş xörək qablarından ancaq birinci yeməkləri boşqablara qoyur və istifadə edilən qab-qacağı konveyerə yığırlar.
İstehlakçı ilə hesablaşma üsullarından qabaqcadan hesablaşma, sonradan bilavasitə hesablaşma, qidanın qəbulundan sonra pul ödəmə və özü hesablaşmanı fərqləndirirlər.
Qabaqcadan özünəxidmət zamanı istehlakçılar əsas yeməklərin siyahısındakı yeməklərin çeşidi ilə tanış olduqdan sonra kassadan çek və yaxud talonlar alır, sonra isə bu çek və yaxud talonlarla paylama xəttində seçdikləri yeməkləri alırlar (Şəkil 2.3). Bu xidmət formasının çatışmazlığı xörək paylama xəttinin aşağı buraxılış qabiliyyətinə malik olmasıdır. Bu da onunla bağlıdır ki, yeməklərin paylaşdırılmasını həyata keçirən aşpazlar paralel olaraq yeməklər üçün verilən çek və yaxud talonlara baxmalı və onları çeşidləməlidirlər. Belə xidmət formasının istifadəsi zamanı əhəmiyyətli sürətləndirməyə qabaqcadan alınan abonement və yaxud çeklər hesabına nail olunur.