İaşə xidməti işçilərinin fəaliyyətinin planlaşdırılması
TƏLİM NƏTİCƏSİ 2: İAŞƏ XİDMƏTİ İŞÇİLƏRİNİN FƏALİYYƏTİNİ İDARƏ EDİR
2.1. İaşə xidməti işçilərinin effektiv fəaliyyətinə nəzarət edir
İaşə xidməti işçilərinin fəaliyyətinə nəzarət
Sosial-iqtisadi baxımdan nəzər saldıqda iaşə sistemi müəssisələri iş yerləri, tədris və müalicə idarələri, istirahət və turizm zonaları, dəniz və təyyarə limanları, dəmiryolu vağzalları və bu kimi yerlərdə ən müxtəlif yaş qrupları, peşə fəaliyyətinə malik insanların qidalanmasını təşkil edir və onlara çoxtərəfli qulluq işlərini yerinə yetirir.
Əhaliyə iaşə xidməti göstərilməsində cavabdeh olan işçi heyəti müəssisələrdə həyata keçirdiyi xidmət fəaliyyəti ilə seçilir.
Xidmətin təşkili iaşə müəssisələrində fəaliyyət göstərən mühəndis texnoloq, istehsalat müdiri, ofisiantlar, metrdotellər və ticarət yerləri menecerləri və digərlərinin peşəkar keyfiyyətlərinin təşkili zamanı onlar aşağıdakıları bacarmalıdırlar (Şəkil 2.1):
- Ticarət (yemək) zallarında masaların müxtəlif növ və qaydalara uyğun düzülməsi və tərtib edilməsi;
|
Şəkil 2.1. İaşə xidməti zamanı göstərilən peşəkar xidmət
|
- Müxtəlif növ menyular və şərab kartlarının tərtib edilməsi;
- Qab-qacaq, ləvazimat və süfrə ağlarının zəruri miqdarının hesablanması;
- Beynəlxalq xidmət növləri, müasir texnologiyalar, forma və üsulları nəzərə almaqla müxtəlif iaşə müəssisələrində istehlakçılara xidmətin təşkil edilməsi;
- Müxtəlif kateqoriyalı istehlakçıların tələbləri nəzərə alınmaqla xidmətin göstərilməsi;
- Xidmət göstərən heyətin işinin təşkili;
- Göstərilən xidmətlərin effektivliyinin artırılması üçün informasiya vasitələrindən istifadə.
Obyekt sözünə gəldikdə isə (lat. objectum – alət, əşya deməkdir) – iaşə müəssisələrində xidmətin təşkilində obyekt kimi kulinariya məhsullarının realizə olunması və əhaliyə xidmət təklifinə yönəldilən xidmət fəaliyyəti başa düşülür.
İaşə xidmətləri – qidalanma və istirahət üçün boş vaxtın sərf edilməsində əsas tələblərin məcmusu kimi müəssisələr və sahibkar-vətəndaşların fəaliyyətinin nəticəsi mənasında başa düşülür.
Xidmət şərtləri dedikdə, xidmətin alınması prosesində istehlakçıya təsir edən amillərin məcmusu başa düşülür.
Xidmət zamanı subyekt - ətraf mühiti (obyekti) öyrənən və öz praktiki fəaliyyətində ona təsir edən, həmçinin, hüquq və vəzifələrin daşıyıcısı olan insanlardır. Xidmət fəaliyyətinin subyektləri iki qrupa ayrılır: