Aşpaz
|
Təlim nəticələrinin qiymətləndirilməsi |
I. Nəzəri biliklərin qiymətləndirilməsi
1. Test
1. Müəssisənin xidmət heyəti işçilərinə aşağıdakılardan hansı aiddir?
A) Metrdotel, ofisiantlar və barmen;
B) Xörək paylama şöbəsində məhsulun təqdim edilməsi ilə məşğul olan aşpazlar;
C) Bufetçi, kassir, qarderobçu və qapıçı;
D) Metrdotel (zalın baş ofisiantı), ofisiantlar, barmen, aşpazlar, bufetçi kassir, qarderobçu, qapıçı və kulinariya mağazasının (şöbəsinin) satıcısı.
2. İaşə müəsisələrində xidmət prosesi dedikdə, nə başa düşülür?
A) Xidmətlərin istehlakçısı ilə bilavasitə kontaktda olan zaman kulinariya məhsulunun realizə edilməsi kimi;
B) İcraçı tərəfindən yerinə yetirilən əməliyyatların məcmusu kimi;
C) Xidmətin alınması prosesində istehlakçıya təsir edən amillərin məcmusu kimi;
D) İstehlakçının təyin etdiyi və nəzərdə tutduğu təlimatları təmin edə biləcək xidmət xarakteristikasının məcmusu kimi.
3. İaşə müəssisələrinin xidmət heyəti işçilərinə göstərilən tələblər aşağıda göstərilən hansı qiymətləndirmə kriteriyalarını nəzərə almalıdır?
A) Peşəkar fəaliyyətə aid olunan normativ və rəhbər sənədlərinin öyrənilməsi səviyyəsi;
B) Sanitariya, şəxsi gigiyena və iş yerinin gigiyenası qaydalarının yerinə yetirilməsi;
C) Yanğın təhlükəsizliyi ,əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının öyrənilməsi və yerinə yetirməsi;
D) İstehlakçılara xidmətin göstərilməsi prosesində peşəkar etikaya riayət edilməsi.
4. İaşə müəssisələrində istehlakçılara xidmətin rasional təşkilinin məqsədi nədən ibarətdir?
A) İstehlakçılara xidmətin formasından;
B) Xidmət mədəniyyətinin yüksəldilməsindən;
C) Qidalanma zamanı əhaliyə müxtəlif kompleks xidmətlərin göstərilməsindən;
D) Xidmətlərin təkmilləşdirilməsindən.
5. Restoran ticarət müəssisələri hansı tiplərə bölünür?
A) Restoranlar və barlar;
B) Restoranlar, barlar, kafelər, yeməkxanalar və qəlyanaltıxanalar;
C) Yeməkxanalar və qəlyanaltıxanalar;
D) Kafelər və qəlyanaltıxanalar;
E) Restoranlar və yeməkxanalar.