Restoranın kokteyllər kartı süfrəni açan və iştahanın oyanmasına səbəb olan, kokteyl-aperitivindən başlanır. Bunlar cin, viski, rom və ətirli şərabların əsasında düzəldilən klassik kokteyllərdir.
Sonra karta günün içkiləri, restoranın firma kokteylləri, xanımlar üçün xüsusi təkliflər və yaxud “somelyedən hədiyyə” daxil edilir. Hər hansı bir kokteylin, məsələn, “Pina Kolada”nın günün kokteyli elan edilməsi,
qonaqların karta marağını cəlb etməyə imkan yaradır. Restoran qonağına hədiyyə edilmiş kokteyl-aperativ, təkcə zalda mövcud olanların əhval-ruhiyyəsini təmin etmir, həm də onların iştahını yüksəldir (Şəkil
1.63).
İstehsal ediləcək və satılacaq yemək və içkilərin sayının müəyyənləşdirilməsi
Yeməklərin sayını müəyyən etmək üçün aşağıdakı məlumatlar lazımdır (Şəkil 1.64):
- İstehlakçıların sayı;
- Qabların istehlak əmsalı.
Yeməklərin çeşidi
Yeməklərin ümumi sayının ayrı-ayrı qruplar üzrə bölüşdürülməsi (soyuq və isti yeməklər, şorba, və şirniyyatlar) və yeməklərin əsas məhsullar (balıq, ət, tərəvəz və s.) üzrə qrup halında bölüşdürülməsi məhsul
çeşidindəki müxtəlif qrup yeməklərin faiz nisbətinə uyğun olaraq həyata keçi- rilir (Şəkil 1.65). Müəssisə tərəfindən istehsal olunur.
Soyuq içkilər, un, şirniyyat, çörək məhsulları və çörəklərin sayının hesablanması
Çörək məhsullarına aşağıdakılar daxildir (Şəkil 1.66):
|
Şəkil 1.63. Pina Kolada kokteyli
Şəkil 1.64. Yeməklərin sayının müəyyən edilməsi
Şəkil 1.65. Yeməklərin əsas məhsullar üzrə qrup halında bölüşdürülməsi
Şəkil 1.66. Çörək məhsulları
|