Desert (Şəkil 1.61)
|
Şəkil 1.61. Desertlər
|
Şərab kartı – içkilərin adları və onların qiymətləri haqqında məlumatın çatdırılması üçün nəzərdə tutulan, spirtli içkiləri və onları müşayiət edən məhsulların siyahısıdır. Spirtli içkilərin siyahısı əsas çeşid hesab olunur. Bundan başqa, şərablar kartına pivə, spirtsiz içkilər, tütün məmulatları, qənnadı məmulatlar da (konfetlər, şokolad və s.) daxil edilir.
Şərab kartının tərtibatı zamanı, müəssisənin xüsusiyyətləri (milli, Avropa mətbəxi) nəzərə alınır. Bu amillər içkilərin ayrı-ayrı qruplar üzrə yerləşmə ardıcıllığını da nəzərə alır. Məsələn, rus mətbəxinə aid restoranlarda spirtli içkilərdən başlanır. Sonra siyahıya üzüm, köpüklənən şərablar və həmçinin konyak, likör da daxil edilir. Sonradan pivə, sərinləşdirici içkilər, şirələr, mineral sular sadalanır. Tökmə ilə buraxılan içkilər üçün 100, 50, 40 və yaxud 20 q-la məhsulun qiymətləri göstərilir. Bundan başqa, tütün və qənnadı məmulatları (konfetlər, şokolad və s.) sadalanır.
Avropa mətbəxi ilə işləyən restoranlarda spirtli içkilərin siyahısı, onların istehsal olunan yerinin qısa izahatı və xarakterik xüsusiyyətləri göstərilməklə, şərabların təqdimatı ilə başlaya bilər, sonra tünd spirtli içkilərin, məsələn, viski, cin, tekila, rom, araq, pivə, spirtli içkilərin, tütün və qənnadı məmulatlarının müxtəlif adları göstərilir. Rus və Avropa mətbəxi ilə işləyən restoranın şərab kartınının tərtib olunması üçün nəzərdə tutulan bazarlıq siyahısı aşağıdakı formada olur (Cəvəl 1.4):