Aşpaz
Qismən ofisiantlar tərəfindən xidmət edilən banket menyusunda bazarlıq siyahısı hazırlanan zaman, adambaşına 1/2; 1/3 və yaxud 1/4 paylıq hesabından aşağıda göstərilənlər daxil edilir:
- soyuq qəlyanaltıların daha geniş çeşidini;
- 1 isti qəlyanaltını;
- 1 - 2 adda ikinci isti yeməklər;
- desert;
- meyvələr;
- isti içkilər daxil edilir.
Belə menyular toy, ad günü, yubiley, Qələbə günü münasibəti ilə tərtib edilir. Menyunun işlənməsi zamanı banketin hər bir iştirakçısına nəzərdə tutulan yeməklər və içkilərin ümumi sayını və həmçinin ənənəvi xüsusiyyətləri nəzərə alınır. Aşağıda dostların görüşünə həsr olunmuş banket menyusu üçün bazarlıq siyahısında qeyd olunacaq qidaların nümunəsi göstərilir:
Banket menyusu
Soyuq xörəklər və qəlyanaltılar
- Balıq delikatesləri (2-3 nəfərlik) (marinada qoyulmuş somğa balığı, hisə verilmiş qızılbalıq, hisə verilmiş nərə balığı, balıq) (Şəkil 1.53);
- Mayonez altında toyuq əti (2 nəfərlik) (tərəvəz salatı və qiymələnmiş zeytun);
|
Şəkil 1.53. Balıq delikatesləri
|
- Azərbaycansayağı qəlyanaltı (soyutma ət);
- Dana ətindən rulet, bişirilmiş dil, rostbif, hisə verilmiş donuz əti;
- Suda bişmiş kənd toyuğu;
- Təzə tərəvəzlərdən salat;
- Tərəvəz şorabası (2 nəfərlik);
- Ağbaş kələm;
- Az miqdarda duzlu xiyar və marinada qoyulmuş bibər;
- Zeytunlar.
İsti qəlyanaltılar
- Xama sousunda bişirilmiş göbələklər;
- Cavan uzunburun balıq (5 nəfərlik);
- Narşərab sousu və bişirilmiş kartofla, bütöv bişirilmiş;
- Dana döş əti (5 nəfərlik);
- Təzə tərəvəzlər və yaxud souslu, qrildə bişirilmiş.
Şirin yeməklər (Şəkil 1.54)
- Südlü dondurma;
- Meyvələr.
|
Şəkil 1.54. Şirin yeməklər
|